Kübra Əliyeva: "Azərbaycanda yoxsul yoxdur, restoranlar doludur"

Kübra Əliyeva:  "Azərbaycanda yoxsul yoxdur, restoranlar doludur"
4 iyul 2023
# 13:30

Əməkdar artistlər Kubra Əliyeva və Gövhər Rzayeva Azərbaycandakı toy adətlərini tənqid ediblər.

Kulis.az xəbər verir ki, aparıcı Elgiz Əkbərin "Toy tortlarının qiyməti 20 min manatdır" fikrinə münasibət bildirən aktrisa və musiqiçi bunu israfçılıq adlandırıb.

G.Rzayeva "İsrafçılıqdır. Allah bundan keçmir. Gedib ona desən, 100 manat ver, verməz. Amma gör nə oyun çıxardır. Harınlaşıblar. Əvvəl toyda küftə-bozbaş verirdilər, bir də plov. İndi israfçılıq çoxdur" sözlərini söyləyib.

K.Əliyeva isə "Ərəb şeyxi qızının ad günündə torta 70 min verib. Bizimkilər də ondan götürüb. Azərbaycanda yoxsul yoxdur. Kasıb ola bilər, o da öz günahıdır. Oxumur, işləmir, deyir elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur, maşın bol, restoranlar dolu" sözlərini əlavə edib.

# 3190 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər