Kubada Azərbaycan muğamı səsləndi

Kubada Azərbaycan muğamı səsləndi
2 noyabr 2023
# 10:07

Kubada “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Havana şəhərinin tarixi Mart” Teatrında Azərbaycan muğamı konserti keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə ölkəmizin Kubadakı səfirliyindən bildirilib.

UNESCO üzrə Azərbaycan milli komissiyası və ölkəmizin Kubadakı səfirliyinin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Tarixi Havana Şəhər İdarəsinin dəstəyi ilə keçirilən konsertdə bu ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin, diplomatik korpusun və KİV-in nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev müasir Azərbaycan tarixinin müdrik dövlət xadimi və uzaqgörən siyasi xadim Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun ideyalarının və strategiyasının ölkəmizin inkişafının əsasını təşkil etdiyini söyləyib.

Tədbir iştirakçılarına, habelə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr - Zəfər Günü haqqında məlumat verən diplomat ölkəmizin ərazi bütövlüyünün bərpasının rəmzi tarixi hesab edilən bu günün böyük təntənə ilə qeyd olunduğunu bildirib.

R.Rzayev, həmçinin muğamın Azərbaycanın musiqi mədəniyyətində tutduğu müstəsna yer barədə danışıb, onun 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Sonra “Qarabağ” musiqi qrupunun rəhbəri, görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Elçin Həşimov (tarzən), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamının inciləri, xalq mahnıları, o cümlədən Kuba musiqi nümunəsi səsləndirilib.

AZƏRTAC

# 1475 dəfə oxunub

Oxşar xəbərlər

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

Bəşəriyyətin oxuya bilmədiyi yeganə kitab - Voyniç əlyazmasının sirri nədir?

12:00 3 may 2026
Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

Rəssamın əsərlərindən icazəsiz istifadə edən iki nəşriyyat - Bizdə elm, sənət niyə inkişaf etmir?

11:30 3 may 2026
Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

Türkiyənin Mərmərə Universitetində İntiqam Yaşarla görüş keçirildi

20:47 2 may 2026
İlqar Fəhmi:   “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

İlqar Fəhmi: “Muxtarov obrazına müraciət etməyimin əsl səbəbi...” - Müsahibə

13:30 2 may 2026
Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

Gürcüstandakı qədim tapıntıda buğdanın mənşəyi ilə bağlı yeni faktlar üzə çıxdı

13:15 2 may 2026
Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər