Konyada “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” keçiriləcək

Konyada “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi”  keçiriləcək
9 iyul 2024
# 11:45

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin Konya bölgəsi üzrə Mədəniyyət və Turizm müdiri Mehmet Yündenlə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələr qeyd olunub, mədəniyyət üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Konya Selcuq Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə beynəlxalq konfransın təşkili, miniatür müsabiqəsi və sərgisinin keçirilməsi, eləcə də digər birgə layihələr, o cümlədən bu istiqamətdə görüləcək fəaliyyətlər yer alıb.Görüşdə Konyada Mövlana Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığı, muzeyin əlyazmalara dair kitabxanasında saxlanılan Azərbaycana dair qiymətli əsərlər müzakirə olunub, gələcəkdə bu unikal əlyazmalara dair araşdırmaların aparılması, onların kataloqunun hazırlanması razılaşdırılıb.

Tərəflər cari ilin payız aylarında Konyada keçiriləcək “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəliyi” tədbirləri çərçivəsində sözügedən qədim və nadir əlyazmaların muzeydə sərgisinin açılmasına dair razılıq əldə ediblər.

Sonra Mövlana Muzey Kompleksinə baxış keçirilib. Naci Bakırcı Samir Abbasova muzey kompleksində aparılmış yenidənqurma işi haqqında məlumat verib, Türkiyənin qabaqcıl restavrasiya sahəsində təcrübəsinin Azərbaycanla bölüşülməsi və bu sahədə əməkdaşlıq müzakirə olunub. Naci Bakırcı ildə 4 milyondan artıq turistin Mövlana Muzey Kompleksini ziyarət etdiyini vurğulayaraq, burada görülən işlər və guşələri təqdim edib.

Ziyarət zamanı Mövlana Muzeyinin qədim və nadir nüsxəsi sayılan, daimi sərgidə nümayiş etdirilən dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Osmanlı dövrünə aid xüsusi işləmələrlə hazırlanmış “Hədiqətüs-süəda” əsərinə baxış keçirilib.

Görüşdə eləcə də gələcək birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

# 1498 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər