Kinoya ayrılan pullar kəsilməlidirmi?

Kinoya ayrılan pullar kəsilməlidirmi?
25 may 2022
# 21:30

Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun kinolara ayrılan vəsaitlə bağlı səsləndirdiyi fikirlər bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Palata sədri iclasda kino çəkilməsinə ayrılan vəsaitin artırılması təklifinə belə münasibət bildirib:

“Rüfət müəllim kino çəkilməsinə vəsaitin artırılmasını təklif edir. Amma biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsmək olar. Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”.

Məsələ ilə bağlı Lent.az-a danışan kino tənqidçisi Sevda Sultanova hesab edir ki, bu kimi hallar işini bilməyən kino məmurları olduğu üçün yaşanır:

“Hesablama Palatasının sədrinin fikri ilə razıyam ki, indiki şəraitdə kinoya ayrılan pulu yarı-yarıya kəsmək lazımdır. Dövlət maliyyə baxımından kino qarşısında öhdəliyini həmişə layiqincə yerinə yetirib. Sadəcə, işini bilməyən kino məmurları milyonlarla vəsaiti əhəmiyyətli istiqamətdə xərcləmədiklərindən hazırda kinomuzun vəziyyəti acınacaqlıdır. Nəticə olmadığna görə də maliyyənin azaldılması doğru təklifdir”.

Onun sözlərinə görə, kino çəkilməsinə vəsaitin artırılması yalnız şəffaflıq və hesabatlılıq olacağı təqdirdə baş verə bilər:

“Yalnız şəffaflıq, hesabatlılıq olacağı təqdirdə, kinoya maliyyənin artırılması müzakirə oluna bilər. Şəffaflıqla bağlı sizə bir detal deyim, nazirliyin kino şöbəsi illərdir ki, tammetrajlı bədii filmlərə, həmçinin, digər audiovizual məhsullara xərclənən büdcəni açıqlamır. Halbuki bütün dünyada filmlərin büdcəsi açıqlanır. Ona görə Hesablama Palatasının sədrinin təklifini dəstəkləyirəm”.

2009-cu ildən bəri Mədəniyyət Nazirliyindən incikli olan tanınmış kinorejissor Rövşən İsax kinoya ayrılan pulun yarıya endirilməsinin ona heç bir fərqi olmadığını deyib:

“2009-cu ildən bu günə qədər Mədəniyyət Nazirliyinin kinoya ayırdığı puldan bir qəpik belə almamışam. Nə də mənə film çəkməyim üçün təklif etməyiblər. Sərt olsa da deyəcəm:

"Dövlət kinoya pul ayırır, ya ayırmır mənə fərqi yoxdur. Nazirliyin yadına düşməməyim maraqlı məsələdir. İstəyir Milli Məclis qərar çıxarsın ki, vəsait yarıya bölünsün, istəyir 5 dəfə qaldırsınlar. İki dəfə müraciət etmişəm. Nazirlik elə şərtlər, elə sözlər deyib ki, mən bir də o nazirliyin qapısını açmayacam”.

Kinorejissor nazirlik tərəfindən unudulduğunu deyib:

“Bizim kino sahəmizə mənim o zaman aidiyyətim olar ki, hansısa qatqım olsun. Yəni Azərbaycanda kino ilə məşğul olan insanlarla bu məmləkətdə Rövşən İsax deyə bir kinorejissorun olduğunu yada salarlar. Mən nazirliyin yadına düşmürəm”.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirələr zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev kino sahəsinə ayrılan 5-6 milyon manatla yalnız cizgi film çəkməyin mümkünlüyünü vurğulayıb.

# 1505 dəfə oxunub

Oxşar xəbərlər

Şapalaq - İsa Muğannanın hekayəsi

Şapalaq - İsa Muğannanın hekayəsi

17:45 12 iyun 2025
"Aşk-ı Memnu"nun aktyoru vəfat etdi

"Aşk-ı Memnu"nun aktyoru vəfat etdi

17:00 12 iyun 2025
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihəsinin icrasına başlanıldı

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihəsinin icrasına başlanıldı

16:30 12 iyun 2025
Fərariliyə görə həbs olunan, ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

Fərariliyə görə həbs olunan, ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

16:00 12 iyun 2025
Qaval ifaçısı:  "Tarda dəyişiklik apardım, məni təhqir elədilər" - Müsahibə

Qaval ifaçısı: "Tarda dəyişiklik apardım, məni təhqir elədilər" - Müsahibə

15:49 12 iyun 2025
Azərbaycanda müğənni 64 yaşlı kişini döydü

Azərbaycanda müğənni 64 yaşlı kişini döydü

15:16 12 iyun 2025
# # #