Kelt tayfasının adını daşıyan, balıqçı kəndindən meqapolisə çevrilən şəhər... - Paytaxtlar haqqında maraqlı faktlar

Kelt tayfasının adını daşıyan, balıqçı kəndindən meqapolisə çevrilən şəhər...   - Paytaxtlar haqqında maraqlı faktlar
11 oktyabr 2025
# 12:00

Kulis.az dünyanın müxtəlif ölkələrinin paytaxtları haqqında maraqlı və diqqətçəkən faktları təqdim edir.

LONDON

Planetimizdə başlanğıc Qrinviç meridianının keçdiyi yer - yəni 0 nöqtəsi İngiltərənin paytaxtı Londondadır.

"Niyə İngiltərə və London" sualının cavabı isə meridianları ingilislərin kəşf etməsidir.

Dünyada 0º 0′ 0″ şərq/qərb uzunluğunda olduğu qəbul edilən yer isə Londondakı Qrinviç məhəlləsidir.

Bundan başqa, London dünyanın ən qədim metro sisteminə sahibdir, 1863-cü ildə açılıb.

PARİS

Fransanın paytaxtı Parisin qurulduğu dövrdəki adı Lutetia imiş.

Paris adını isə əvvəllər bölgədə yaşayan Kelt tayfası “Parisii”dən alıb.

Sözün mənası "əməklə məşğul olan insanlar, sənətkarlar" deməkdir.

Maraqlı fakt isə odur ki, dünyada Paris adını daşıyan təxminən 40 yer mövcuddur.

Şəhərin əsas simvolu hesab olunan Eyfel qülləsi əslində 1889-cu ildə Ümumdünya Sərgisi üçün tikilmişdi.

Parisdə təxminən 420 park və bağ var, buna görə şəhər "İşıq şəhəri" olmaqla yanaşı, "Yaşıl şəhər" də adlanır.

TOKİO

Yaponiyanın paytaxtı Edo… Dəqiq desək, 1868-ci ilə qədər belə adlandırılırdı.

Sonra bu ad “Şərq paytaxtı” mənasını verən Tokio ilə əvəz olunub. "Edo" adlandığı vaxt bir balıqçı kəndi olan Tokio bu gün dünyanın ən çox əhalisi olan meqapolisdir.

38 milyondan çox sakini olan bu qələbəlik şəhərin Şibuyadakı məşhur piyada keçidindən eyni vaxtda təxminən 3 min insan keçir...

Bu, dünyanın ən məşhur və fotoqraflar tərəfindən ən çox çəkilən yerlərindən biridir.

LÜKSEMBURQ

"Yanlış yazılıb, Lüksemburq əslində bir ölkədir" deyə bilərsiniz. Qismən də doğrudur.

Qərbi Avropanın ən kiçik əraziyə malik dövlətlərindən biri olan Lüksemburqun paytaxtı da Lüksemburqdur.

Üstəlik, belə bir fərqliliyə malik tək ölkə Lüksemburq deyil; Monako, Əlcəzair, Sinqapur, Tunis və Vatikanın da paytaxtları öz adları ilə eynidir.

Lüksemburqda küçələr çox dar və meşəliklə əhatəlidir, ona görə də şəhər "Avropanın böyük qalası" adlandırılır. Qala divarları və tarixi küçələr hələ də yaxşı qorunub saxlanılıb.

KİTO

"Planetimizin dəniz səviyyəsindən ən yüksəkdə yerləşən paytaxtı hansıdır?" sualına cavab olaraq, 2850 metr yüksəklikdə yerləşən Ekvadorun paytaxtı Kito deyə bilərik.

Amma bəzi mənbələrdə ən yüksək paytaxt kimi Boliviyanın 3600 metr yüksəklikdə yerləşən paytaxtı La-Pas şəhəri də göstərilir.

Lakin iki paytaxtı olan ölkədə Sukre qanuni paytaxt, La-Pas isə regional paytaxtdır. Buna görə də ən yüksək paytaxt mövzusu müzakirəyə açıq qalır...

Şəhərin tarixi mərkəzi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib və orada çoxsaylı mükəmməl qorunmuş kolonial memarlıq nümunələri var.

LEFKOŞA

Coğrafi olaraq Kipr adasının tam mərkəzində yerləşən Lefkoşa şəhəri həm Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtıdır, həm də Cənubi Kipr Yunan İdarəsi tərəfindən paytaxt olaraq qəbul edilir.

Lefkoşa dünyada iki hissəyə bölünmüş yeganə paytaxtdır — türk və yunan hissələri arasında BMT tərəfindən qorunan "yaşıl xətt" mövcuddur.

KEYPTAUN

Səyahət baxımından dünyada məşhur olan, Cənubi Afrikanın ən qədim şəhəri, yerli xalqın dediyi kimi "Ana şəhər" Keyptaun, ölkənin paytaxtıdır, amma yalnız yaşayış paytaxtıdır.

Çünki Cənubi Afrika Cümhuriyyətinin ümumilikdə, üç paytaxtı var: biri inzibati paytaxt olan Pretoriya, digəri isə məhkəmə paytaxtı olan Bloemfonteindir.

Bundan başqa, Keyptaun, dünyanın ən qədim üzüm bağlarına sahibdir, burada 1659-cu ildən bəri üzüm yetişdirilir və hazırda Cənubi Afrikanın şərab sənayesinin əsas mərkəzlərindən biridir.

# 178 dəfə oxunub

Oxşar xəbərlər

"Sonrakı bileti al, sonrakı qatara min..." - Günün mahnısı

"Sonrakı bileti al, sonrakı qatara min..." - Günün mahnısı

15:00 11 oktyabr 2025
Sonradan quraşdırdığımız yanlış xatirələr... -  Yuxuların motivi necə yaranır?   -Simran Qədim

Sonradan quraşdırdığımız yanlış xatirələr... - Yuxuların motivi necə yaranır? -Simran Qədim

15:00 11 oktyabr 2025
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib

Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib

13:17 11 oktyabr 2025
Maçado mükafatını Trampa həsr edib

Maçado mükafatını Trampa həsr edib

10:30 11 oktyabr 2025
İsrail çıxarılsa, Avstriya “Avroviziya”ya ev sahibliyi etməyəcək

İsrail çıxarılsa, Avstriya “Avroviziya”ya ev sahibliyi etməyəcək

09:43 11 oktyabr 2025
Rusiya Prezidenti  Nobel Komitəsinin qərarı ilə razı deyil

Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı deyil

17:57 10 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər