Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti

Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti
10 oktyabr 2025
# 11:00

Bu gün Xalq artisti Nuriyyə Əhmədovanın anım gündür.

Kulis.az bu münasibətlə onun haqqında materialı təqdim edir.

Nuriyyə Əhmədova Azərbaycan kinosunun ən parlaq aktrisalarından biridir. Onun oynadığı filmləri siyahıdan çıxarsaq, çox az, sönük filmlər qalar.

***

“Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba”, “Mozalan” süjetləri…

***

Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. “Sahilsiz gecə” filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktrisa ampluasının genişliyini sübut edib:

“Ürkək, utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!”

***

Gallery

Filmoqrafiyasında bu qədər epizodik olsa da, parlaq, yaddaqalan filmlər, obrazlar olan aktrisa, şübhəsiz, xoşbəxtdir. Amma yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa yoxdur. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında “mənim həyatım elə ayrı bir filmdir” deyirdi…

***

Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda anadan olub. Atası hərbçi, anası evdar qadın olub. Ailəsi onun aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. Ümumiyyətlə, aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:

“Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, bir saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı.

***

Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub və ailə qurub. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib: İlahə, Əli və Faiq.

***

Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmayıb. 20 yaşında yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilib. Nuriyyə xanım bundan böyük sarsıntı keçirib. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilməyib. Dili tamam tutulub.

***

Qızının övladını götürüb saxlamağa qərar verən Nuriyyə xanım bununla yaşamağa çalışıb. Və əlbəttə ki, kino ilə.

Nuriyyə Əhmədova palataya köçürüldü | Modern.az

***

Amma qara xətt bununla bitməyib. Nuriyyə xanım oğlunun xoşbəxtliyindən də təsəlli tapa bilməyib. Övladlarını itirən oğlunun ailəsi dağılıb. Az sonra oğlu Əli xərçəng xəstəliyinə tutulub və 37 yaşında vəfat edib.

***

Ömrünün sonuna yaxın avtobusdan yıxılaraq ayağını zədələyib. Xeyli müddət yataqda qalıb.

***

Yaşanan psixoloji gərginlik, maddi problemlərə görə, həyat yoldaşından ayrı yaşamağa qərar verib. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilməyib. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olub. Elə rəfiqələrindən birinin evində də vəfat edib

Nuriyyə Əhmədovanın həyat yoldaşı: "Ölümündən bir gün əvvəl..." - FOTO

***

Bu qədər maraqlı rolla zövqünü oxşadığı tamaşaçının isə yalnız bir təsəllisi var: oynadığı, xoşbəxt olduğu filmlər. Və son mənzilində əbədi rahatlıq tapacağı ümidi...

# 597 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı fotoqraf intihar etdi

Azərbaycanlı fotoqraf intihar etdi

21:00 6 dekabr 2025
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

16:00 6 dekabr 2025
Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

15:00 6 dekabr 2025
“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda

“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda

14:30 6 dekabr 2025
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

14:00 6 dekabr 2025
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

13:35 6 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər