İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova
1 iyul 2025
# 17:51

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Rejissor Kənan Mahmudov (Kənan MM), aktyor Cavanşir Hadıyev və daha bir neçə nəfər sosial mediada İTV rəhbərliyindən - onların təklif etdikləri layihələrə etinasız yanaşmalarından şikayətlənirlər.

Yazdıqlarına inansaq, onlar bir məqamda haqlıdırlar: layihə bəyənilmirsə, o zaman bu işə məsul adamlar konkret danışmalıdırlar ki, layihənin qüsurları nədir, nədən biz bunu qəbul edə bilmərik və s.

Ümumən, İTV -nin son illərdə apardığı serial siyasəti uğurludur. Hərçənd, buna kimi İTV-nin Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq etdiyi serial layihələri “Solğun çiçəklər”, “Anamın kitabı”, “Xosrov və Şirin” “Şeyx Sənan” uğursuz alnmışdı.

Xüsusən, “Xosrov və Şirin” faciə idi, indiyədək izlədiyim ən zövqsüz seriallardan biriydi. Uğursuzluğun səbəblərindən biri kanalın eyni yaradıcı heyətlə işləməsiydi.

Nəhayət, İTV serial siyasətində ciddi dəyişikliklər etdi, bizdəki serial anlayışına diskursu dəyişdi. Tamaşaçıların maraqla qarşıladığı, geniş müzakirələr doğuran, müqayisədə daha zövqlü, səliqəli, məzmunlu seriallar yayımladı.

Həmin serial layihələri arasında həm müstəqil şirkətlərin istehsal etdiyi(“Simurq”, “Vətəndaş A”, “Gündəlik”) , həm də kanalın dəstək veridyi, müştərək çəkilən (“Mən, Lalə, bir də Şerlok Holms”, “Əqrəb mövsümü”, “Körpü”, “Alatava”) seriallar var.

Kənan MM-in potensialını, rejissor təcrübələrini nəzərə alsaq, İTV nin onun layihəsini qəbul etməməsi normaldır. Amma kim bilir, bəlkə də, Kənan MM “Xosrov və Şirin”i daha yaxşı çəkərdi, ekşn, ağlamalı-duyğulu səhnələrlə zənginləşdirib, necəsə bir məna qatardı.

Yaxud, Cavanşir Hadıyevin yazdığına görə, onun bir bölümünə 18 min manat xərcləndiyi layihəni İTV qəbul etməyib. Cavanşir bəy əmindir ki, onun layihəsi estetik, uğurluydu. Bəlkə, doğrudan da beləydi?!

Şəxsən mən o bölümə baxmağı çox istərdim.

İTV dövlət büdcəsindən maliyyələşsə də, onun bütün serial layihələrini qəbul etmək kimi bir öhdəliyi yoxdur. Hər halda İTV nin efirində yayımlanan, xüsusən, özünün istehsalında iştirak elədiyi serialların keyfiyyətindən bəllidir ki, rəhbərlik yaxşı layihəyə “yox” deməyib. Yəni görünən budur.

Balakişi Qasımov İTV yə rəhbər gələndən kanalda yaxşı mənada keyfiyyət dəyişiklikləri olub, serial, bədii, sənədli film layihələrinə mümkün olduqca dəstək verir. Hətta Balakişi müəllim Kino Agentliyinə da uğurla rəhbərlik edə bilərdi.

# 3855 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarını yad etdi

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarını yad etdi

16:00 26 fevral 2026
Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

15:20 26 fevral 2026
"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

14:20 26 fevral 2026
Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

14:00 26 fevral 2026
Adil Kərimli Xuraman Qasımova ilə görüşdü

Adil Kərimli Xuraman Qasımova ilə görüşdü

13:40 26 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər