İmruz Əfəndiyevanın 90 illiyi münasibətilə kitab sərgisi hazırlandı

İmruz Əfəndiyevanın 90 illiyi münasibətilə kitab sərgisi hazırlandı
16 dekabr 2025
# 14:00

Milli Kitabxanada Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, musiqişünas alim İmruz Əfəndiyevanın 90 illik yubileyi münasibətilə kitab sərgisi keçirilir.

Kulis.az xəbər verir ki, “Əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva – 90” adlı sərgidə alimin əsərləri, Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş tədqiqat işləri, elmi-tədqiqat və publisistik məqalələrin toplusu, tərtibçi, rəyçi və elmi redaktor olduğu Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş edilir.

İmruz Məmməd Sadıx qızı Əfəndiyeva 1935-ci il dekabrın 16-da Bakıda anadan olub. O, musiqişünas və pedaqoq kimi 1960-cı ildən başlayan fəaliyyəti ilə musiqi sənətinə və musiqi elminə bir çox dəyərli töhfələr verib. O, musiqişünas kimi musiqinin bir sıra janrları üzərində tədqiqatlar aparıb, öz elmi əsərləri və axtarışları sayəsində 300-dən artıq qəzet və jurnal məqaləsinin, populyar oçerklərin, tədqiqatların, dərsliklərin, kitab və monoqrafiyaların müəllifidir.

Professorun müxtəlif illərdə Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş tədqiqat işləri, o cümlədən, "Bəstəkar Telman Hacıyev", "Sevda İbrahimovanın yaradıcılığında uşaq musiqisi", eləcə də Tofiq Quliyev, Emin Sabitoğlu, Tofiq Bakıxanov, Oqtay Rəcəbovun yaradıcılıq portretləri və s. 2005 - ci ildə uğurla müdafiə etdiyi "Vasif Adıgözəlovun yaradıcılığı milli ənənələr kontekstində" adlı doktorluq dissertasiyası xüsusilə diqqətəlayiqdir.

Professor İmruz Əfəndiyevanın rəhbərliyi altında bir neçə alimlər yetişib.

O, 2008-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

# 1052 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər