“İlyas Əfəndiyev” mükafatı təqdim edildi

“İlyas Əfəndiyev”  mükafatı təqdim edildi
3 oktyabr 2025
# 18:42

Bu gün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, elm xadimləri, ziyalılar Birinci Fəxri xiyabanda görkəmli Xalq yazıçıları İlyas Əfəndiyev və Elçinin məzarını ziyarət ediblər.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda anım günü ilə bağlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq hər iki yazıçının ruhuna ehtiramını ifadə edib və xatirələrini bölüşüb.

Xalq yazıçısı Anar “İlyas Əfəndiyev” mükafatı haqqında söz açıb:

“Bu mükafatın təşəbbüsü yarananda Elçinlə söhbətləşdik. Elçindən xahiş etdim ki, hər il namizədləri məsləhətləşək. İndi Elçin aramızda olmasa da, əminəm ki, budəfəki seçimimizə müsbət yanaşardı.”

Sədrin çıxışından sonra Gülxani Pənah və İlham Rəhimliyə “İlyas Əfəndiyev” mükafatı təqdim edilib.

Yazıçı-publisist Gülxani Pənah bu mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib.

Əməkdar incəsənət xadimi İlham Rəhimli bildirib ki, 70-ci illərdə Y azıçılar Birliyinin üzvlüyünə qəbul olunmasına zəmanət verənlərdən biri İlyas Əfəndiyev olub.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəyli çıxış edərək, hər iki yazıçının ədəbiyyatımızıb tarixində xüsusi yeri olduğunu vurğulayıb

Akademik qeyd edib ki, İlyas Əfəndiyev də, Elçin də sovet dövründə yazıb-yaratsa da, onlar sovet ideologiyasının təbliğatçısı olmayıblar.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Rəssamlar İttifaqının sədir Xalq Rəssamı Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse spikeri, akademik Rafael Hüseynov, Millət vəkili, yazıçı Aqil Abbas, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Akademik Teymur Kərimli çıxış edərək Elçin Əfəndiyevin görkəmli yazıçı olması ilə yanaşı, həm də dövlət xadimi kimi Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıblar.

Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev həm atası, həm də qardaşı ilə bağlı dəyərli xatirələrini bölüşüb.

Sonda Millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, bütün tədbir iştirakçılarına Əfəndiyevlər ailəsi adından minnətdarlığını bildirib.

# 1313 dəfə oxunub

Oxşar xəbərlər

"Qızıl Portağal" film festivalının  siyahısı açıqlandı

"Qızıl Portağal" film festivalının siyahısı açıqlandı

17:00 2 oktyabr 2026
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı ödənildi

16:45 2 oktyabr 2026
Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

Timuçin Esen və Funda Eryiğit məşhur rejissorun tamaşasında

16:00 2 oktyabr 2026
Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

Fotoqrafiya dərnəyi yeni mövsümə start verir - Tanınmış simaların iştirakı ilə

15:30 2 oktyabr 2026
Potensial qadın qatilləri... - Nifrət püskürən rəqqasa övladını necə etibar etmək olar?

Potensial qadın qatilləri... - Nifrət püskürən rəqqasa övladını necə etibar etmək olar?

15:00 2 oktyabr 2026
Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı

Tutanxamon və Nefertitinin süni intellektlə çəkilən rəsmi Qahirədə qalmaqal yaratdı

15:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər