"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
9 sentyabr 2026
# 10:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli 274 nömrəli Qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib.

Kulis.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dəyişikliklərin əsas məqsədi daha yığcam, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrarlanan funksiyaların aradan qaldırılması, qərarvermə prosesinin sürətləndirilməsi və mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.

Qeyd olunub ki, əvvəlki strukturda İdarənin Aparatından əlavə səkkiz tabeli qurum fəaliyyət göstərirdisə, yeni strukturda iki tabeli qurum – Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi nəzərdə tutulub. Bu dəyişiklik idarəetmənin daha yığcam və çevik təşkilinə, təkrarlanan funksiyaların aradan qaldırılmasına və resursların daha səmərəli istifadəsinə xidmət edəcək.

Məlumata görə, Muzey və Turizm Mərkəzinin yaradılması İçərişəhərin turizm potensialının sistemli şəkildə inkişaf etdirilməsi zərurətindən irəli gəlir. Muzeylərin, mədəni məkanların və ziyarətçi xidmətlərinin vahid yanaşma əsasında əlaqələndirilməsi xidmət keyfiyyətinin yüksəldilməsinə, yeni turizm marşrutlarının və ziyarət proqramlarının hazırlanmasına, ümumilikdə ziyarətçi təcrübəsinin təkmilləşdirilməsinə imkan verəcək.

Yeni struktur çərçivəsində İdarənin Aparatında “şöbə və sektor” modelindən “departament və şöbə” modelinə keçid də nəzərdə tutulur. Əlaqəli fəaliyyət istiqamətlərinin vahid rəhbərlik altında birləşdirilməsi koordinasiyanın gücləndirilməsinə və qərarların daha operativ qəbuluna xidmət edəcək.

Optimallaşdırma çərçivəsində İdarənin işçilərinin say həddi 430 ştat vahidindən 300 ştat vahidinə endirilib. Bildirilib ki, bu dəyişiklik təkrarlanan və paralel funksiyaların aradan qaldırılması, dəstək funksiyalarının mərkəzləşdirilməsi və insan resurslarının prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsi ilə bağlıdır.

Struktur dəyişikliyinin əsas hədəfinin idarəetmənin keyfiyyətcə yenilənməsi, mövcud imkanların İçərişəhərin tarixi-mədəni irsinin qorunmasına, sakinlərə və ziyarətçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və Qoruğun dayanıqlı inkişafına yönəldilməsi olduğu vurğulanıb.

Qeyd olunub ki, dəyişikliklər həyata keçirilərkən əmək qanunvericiliyinin tələbləri və işçilərin qanunla müəyyən edilmiş hüquq və təminatları qorunacaq.

# 544 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər