Heydər Əliyev Mərkəzində türkiyəli rəssamın sərgisi açıldı

Heydər Əliyev Mərkəzində türkiyəli rəssamın sərgisi açıldı
14 aprel 2023
# 12:00

Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, açılışda çıxış edən Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib: “Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”.

“Rəsmin şairi” adlandırılan Devrim Erbilin əsərləri Türkiyənin və dünyanın bir çox muzey və kolleksiyalarında yer alıb. Tanınmış fırça ustasının indiyədək ölkəsində və xaricdə yüzlərlə fərdi, həmçinin qrup şəklində sərgisi açılıb.

1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb və yaradıb. Bu şəhərə bağlılıq onun yaradıcılığından da yan keçməyib. Belə ki, Türkiyənin rəsm sənətinin tanınmış simalarından olan Devrim Erbilin İstanbula həsr etdiyi əsərləri dünyada məşhurdur. Heydər Əliyev Mərkəzindəki ekspozisiyada isə müəllifin həm də Bakıya həsr etdiyi əsərləri ilk dəfə sərgilənir.

Abstraksionist rəssam kimi tanınan Devrim Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rahmi Eyüboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılğına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını daha sonra London və Parisdə davam etdirib.

Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı (Devlet sanatçısı) adına layiq görülüb, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.

Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifidir, dünya üzrə konfranslar və seminarların təşkilatçısıdır, radio və televiziyada fəal işi ilə tanınır.

Devrim Erbilin Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək.

# 2053 dəfə oxunub

Oxşar xəbərlər

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

Memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı məsələyə münasibət bildirildi

17:14 24 noyabr 2026
"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

"Təkəbbür insanın özü haqqında həddindən artıq yüksək fikirdə olmasından doğan həzzdir..." - Spinozanın sitatları

17:00 24 noyabr 2026
Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

Elizabet Holms haqqında sənədli film 100 milyon dolları keçdi

15:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər