Haluk Leventin dərnəyi ilə bağlı 22 nəfər saxlanlıdı

Haluk Leventin dərnəyi ilə bağlı 22 nəfər saxlanlıdı
14 iyul 2026
# 10:20

Türkiyəli müğənnisi Haluk Levent təsisçisi olduğu "Ahbap" dərnəyi adına toplanan ianələrin mənimsənilməsi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 22 nəfərə çatıb.

Kulis.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən barəsində həbs qərarı çıxarılanların sayı 26 nəfər təşkil edir.

Digər tərəfdən, "Başaran Holdinq" iyunun 29-da Haluk Levent, Yeliz Kaya və Esin Öndər Çağlayan barəsində 60 milyon ABŞ dolları dəyərində əmlakın qanunsuz və dələduzluq yolu ilə ələ keçirildiyi iddiası ilə prokurorluğa şikayət edib.

Şirkətin vəkilləri tərəfindən Qaziosmanpaşa Cümhuriyyət Baş Prokurorluğuna təqdim olunan ərizədə Haluk Levent, Esin Öndər Çağlayan və Yeliz Kayanın "dələduzluq", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (pul yuyulması)", eləcə də istintaq zamanı müəyyən ediləcək digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.

İddialara görə, Haluk Levent və Yeliz Kaya 2026-cı ilin fevralında “Başaran Holding”in rəhbəri Hüseyn Başaranla görüşərək, "Ahbap" dərnəyi adından universitetdə təhsil alan kimsəsiz qızlar üçün yataqxana tikmək məqsədilə daşınmaz əmlak almaq istədiklərini bildiriblər.

Şikayətçilər iddia edirlər ki, daşınmaz əmlakların dəyərinin ABŞ və Avropa İttifaqından gələcək yardım vəsaitləri hesabına ödəniləcəyi və bu vəsaitlərin Yeliz Kayanın hesabına köçürüləcəyi vəd olunub. Bunun üçün əvvəlcə əmlakların onun adına keçirilməsi tələb edilib.

Ərizədə qeyd olunur ki, 22 əmlakdan yalnız biri üçün ödəniş edilib, qalan obyektlərə görə isə heç bir vəsait köçürülməyib. Bundan sonra şirkət nümayəndələri aldadıldıqlarını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məlumata görə, Qaziosmanpaşa Baş Prokurorluğu işi aidiyyəti üzrə İstanbul Baş Prokurorluğuna göndərib və hazırda Haluk Levent, Yeliz Kaya və Esin Önder Çağlayanla bağlı ayrıca araşdırma aparılır.

Qeyd edək ki, Haluk Almaniyaya getmək üçün hava limanına yollanıb və bilet alıb. Lakin ölkədən çıxışına qadağa qoyulduğunu öyrəndikdən sonra evinə qayıdıb. Müğənni daha sonra telefonlarını söndürərək İzmir istiqamətində hərəkət edib və Bursa şəhərində saxlanılıb.

# 444 dəfə oxunub

Oxşar xəbərlər

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

16:03 28 avqust 2026
Türkiyə musiqi sənayesində tarixi ilk

Türkiyə musiqi sənayesində tarixi ilk

15:45 28 avqust 2026
"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır...  - "Etikanın metodları"ndan bir hissə

"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır... - "Etikanın metodları"ndan bir hissə

15:30 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər