Gənclər Gününə həsr olunmuş konsert keçiriləcək

Gənclər Gününə həsr olunmuş konsert keçiriləcək
28 yanvar 2025
# 10:30

"İRƏLİ" İctimai Birliyi, “CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş konsert proqramı keçiriləcək.

Kulis.az xəbər verir ki, 2 fevral, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertdə gənc musiqiçilər Manel & Band-in ifasında dünya və Azərbaycan bəstəkarlarının dillər əzbəri olan nəğmələr səsləndiriləcək.

Konsertdə vokalçı Maneli pianoda Ülvi İsmayıl, elektro pianoda Mais Həsənov, bass gitarda Elvin Nəbiyev, elektro gitarda Emin Jafarlinsky və ritm alətlərində Vüqar Zəkiyev müşayiət edəcəklər.

Qeyd edək ki, konsertin təşkilində əsas məqsəd kollektiv yaradıcı fəaliyyət dəstəklənməsi, yeni yaranan musiqi qruplarının inkişafına təkan verərək onların geniş auditoriyaya tanıdılmasına nail olmaqdır.

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər