Gəncədə yazıçı Nüşabə Məmmədlinin yaradıcılıq gecəsi keçirildi

Gəncədə yazıçı Nüşabə Məmmədlinin yaradıcılıq gecəsi keçirildi
2 iyul 2022
# 14:00

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdrarəsinin dəstəyi və "Cavad xan" Tarix-Mədəniyyət Fondunun təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında müasir Azərbaycan yazıçısı, dramaturq, publisist, ictimai xadim, Əməkdar jurnalist, Gəncənin ziyalı xanımı Nüşabə Əsəd Məmmədlinin yaradıcılıq gecəsi keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə Gəncə Şəhər İH başçısı Niyazi Bayramov, Türkiyənin Gəncdəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər ictimaiyyəti iştirak ediblər.


Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə, eləcə də Gəncədə mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Şəhər rəhbəri, Nüşabə Məmmədlinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb və yazıçını səmimi-qəlbdən təbrik edərək yaradıcılığında uğurlar arzulayıb.


Vasif Cənnətov çıxışında Nüşabə Məmmədlinin yaradıcılıq fəaliyyətindən bəhs edib. Nüşabə Məmmədlinin əsərlərinin müxtəlif dillərdə tərcümə olunduğunu söyləyən Vasif Cənnətov, ona gələcək işlərində müvəffəqiyyətlər diləyib.


Tədbirdə çıxış edən Zeki Öztürk və digər qonaqlar Nüşabə Məmmədlinin həyat və yaradıcılığından danışıblar.


Çıxışlardan sonra Niyazi Bayramov Gəncə şəhərinin ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə Nüşabə Məmmədlini "Təşəkkürnamə" ilə təltif edib. Bununla yanaşı, "Cavad xan" Tarix-Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov yazıçıya "Cavad Xan" ordenini təqdim edib.


Gecədə Gəncə Dövlət Filarmoniyasının solistləri Şirxan Cahangirov, Azər Verdiyev, Xəyal Əliyevin ifasında bir-birindən maraqlı mahnılar səslənib.


Sonda Nüşabə Məmmədli yaradıcılıq gecəsinin təşkilində əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib.


Qeyd edək ki, Məmmədova Nüşabə Əsəd qızı 8 dekabr 1946-cı ildə Gəncədə anadan olub. O,1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub. Gəncə Jurnalist Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistiəri təşkilatının üzvüdür.

# 2684 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər