Gənc Tamaşaçılar Teatrında ilin son premyerası

Gənc Tamaşaçılar Teatrında ilin son premyerası
29 dekabr 2021
# 13:20

Dekabrın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İ. İmanın «Balaca, yaramaz məxluq» presi əsasında Əməkdar İncəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı səhnə əsərinin premyerası baş tutub.

Kulis.az xəbər verir ki, lirik-psixoloji dram janrında qurulmuş tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Şamxal Novruzlu, xoreoqrafı Nigar İbrahimbəylidir. Tamaşada Əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, Gülər Nəbiyeva, aktyorlar Elşən Hacıbabayev, İlahə Əmirxanova, Vahid Orucoğlu, Araz Pirimov canlandırıblar.

Tamaşadan əvvəl quruluşçu rejissor Bəhram Osmanov mətbuata açıqlamasında tamaşanın əsas niyyətini dilə gətirib: «Tamaşa sosial-psixoloji problemləri ifadə edir. Son zamanlar cəmiyyətdə yeniyetmə və gənclər arasında baş verən intihar hadisələri hamımızı narahat edir. Problemi harada axtarmaq lazımdır: cəmiyyətdə, ailədə, məktəbdə, bəlkə biganəlikdə, yoxsa ikili həyat tərzi standartlarında?

Bu səhnə əsərində də gənc müəllim Fidan məktəblərində ola biləcək intiharın qarşını almaq üçün cəsarətli bir addım atır - həmkarlarına gerçək bir həyat dərsi verir. Ümid edirik ki, səhnə əsərinə baxan tamaşaçı da bu dərsdən öz faydasını götürəcək».

Qeyd edək ki, tamaşa sənətsevərlərin, incəsənət və mədəniyyət xadimlərinin böyük marağına səbəb olub.

# 3429 dəfə oxunub

Oxşar xəbərlər

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər