"Gangnam Style"dan yeni rekord

"Gangnam Style"dan yeni rekord
25 iyul 2026
# 10:40

Cənubi koreyalı müğənni Psy-ın (əsl adı Pak Çe San) məşhur "Gangnam Style" klipi yutubda 6 milyard baxış sayını keçib.

Kulis.az xəbər verir ki, 2012-ci ildə yayımlanan klip bu göstəriciyə çatan ilk K-pop videosu olub.

Rejissoru Ço Su Hyon olan ekran işi yayımlandıqdan sonra qısa müddətdə dünya üzrə məşhurlaşıb.

"Gangnam Style" yutub tarixində 1 milyard baxışı keçən ilk video kimi də tarixə düşüb. Klip bu həddə yayımlandıqdan 159 gün sonra çatıb. Mahnı 2012-ci ildə "Billboard Hot 100" siyahısında ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, 2025-ci ildə Psy və onun həkimi ilə bağlı araşdırma aparıldığı açıqlanıb. İddiaya görə, ifaçı 2022-ci ildən etibarən asılılıq riski yüksək olan bəzi dərmanları üçüncü şəxslər vasitəsilə əldə edib. Psy-ın nümayəndələri isə bu iddiaları təkzib edib.

# 524 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər