Filippinli qonaq Ədəbiyyat Muzeyində

Filippinli qonaq Ədəbiyyat Muzeyində
26 noyabr 2024
# 13:47

Ətraf mühitin qorunması, iqlim dəyişikliyi üzrə ekspert və vəkil, “Filippin iqlim dəyişikliyi” enerji proqramının rəhbəri Ancela Konsuela İbay Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin qonağı olub.

Kulis.az xəbər verir ki, ekspozisiya ilə tanış olan Ancela Konsuelada Azərbaycanın şairə qadınları ilə bağlı məlumatlar maraq doğurub.

Qonaq Azərbaycanın qadın şairlərindən Məhsəti Gəncəvinin, Heyran xanım Dümbülünün, Xurşidbanu Natəvanın, habelə 1937-ci il repressiya və mühacir dövr Azərbaycan qadını və digərlərinin həyat və yaradıcılığı ilə tanış olub.

Sonda Ancela Konsuela muzeyin rəylər və təəssüratlar kitabına Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında bir çox məlumat öyrəndiyini yazıb. O, Filippinə qayıdarkən Azərbaycandan çox gözəl xatirələr aparacağını deyib, bir gün ailəsi ilə birlikdə yenidən ölkəmizi ziyarət edəcəyini bildirib.

# 1380 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər