“Əziz Ata” tamaşasının premyerası baş tutdu

“Əziz Ata”  tamaşasının premyerası baş tutdu
19 iyul 2025
# 20:46

Azərbaycan Dövlət YUĞ Teatrında iyulun 18-i İsmayıl İmanın pyesi əsasında “Əziz Ata” tamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, mnemonik rekonstruksiya janrlı səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova və aktyorlar Amid Qasımov və Günəş Tegin iştirak edib.

Tamaşadakı əhvalatlar illər öncə atanın yox olmasından sonra ana ilə qızın mürəkkəb münasibətləri haqqındadır. Onlar öz münasibətlərinə aydınlıq gətirmək üçün atanı son dəfə gördükləri şəhərkənarı evə qayıdırlar. Bu zaman özləri, bir-biriləri, ata ilə bağlı xatirələr onlar üçün əsl sınağa çevrilir. “Əziz ata” tamaşasında atanın xatirəsi alov olmaqla yanaşı, həm də ana və qızı illərin susqunluğundan, ağrı-acısından və söylənməyən sözlər arasından aparan kölgədir.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev və rejissor assistenti Məryəm Qələndərovadır.

# 1152 dəfə oxunub

Oxşar xəbərlər

Muzeylərin əməkdaşlığı - İncəsənətdə qadın irsi mövzusunda

Muzeylərin əməkdaşlığı - İncəsənətdə qadın irsi mövzusunda

11:30 2 oktyabr 2026
Məşhur rejissordan yeni layihə

Məşhur rejissordan yeni layihə

10:40 2 oktyabr 2026
Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı

Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı

10:20 2 oktyabr 2026
Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər