“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?

“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
23 aprel 2026
# 13:42

Qrim ustası, aktyor, Əməkdar incəsənət xadimi Elbrus Vahidov “Azərbaycanfilm” kinostudiyasındakı otağından çıxarılıb.

Kulis.az xəbər verir ki, bu barədə kinoşünas Sevda Sultanova paylaşım edib.

Mədəniyyət nazirini ittiham etmək ədalətsizlikdir - Sevda Sultanova

“İndi belə bir xəbər eşitdim. Deməli, “Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və onlarla filmdə qrim rəssamı işləmiş 75 yaşlı Elbrus Vahidovu “Azərbaycanfilm” kinostudiyasındakı otağından yeni rəhbərlik çıxarıb. Bəli, Elbrus müəllim orda ştatda deyil, aydındır. Və ən pisi odur ki, Elbrus müəllimə xəbərdarlıq etmədən, hörmətsizlik edərək otağına girərək, onun əşyalarını çıxarıb tullayıblar, üstəlik, deyilənə görə, onun qrim masasını doğrayıblar. Bəhanə də bu olub ki, otağı arendaya veririk.

Tofiq Tağzadəni, Eldar Quliyevi, Fazil Salayevi tanımayan, kinomuza bir faydası olmayan, kino məmurları! Bu il yublieyi olacaq, əməkdar incəsənət xadimi Elbrus Vahidov, illərlə, sizdən fərqli olaraq, kinoya xidmət edib, ən yaxşı filmlərdə qrim rəssamı işləyib, kinostudiya ilə nəfəs alıb. Zəhmət olmasa, kinostudiyanın rəhbərliyi, həmçinin, ARKA məsələyə aydınlıq gətirsin”. – deyə, paylaşımda bildirilib.

Bu barədə Lent.az-a danışan Elbrus Vahidov bildirib ki, qrim ustaları işlərini o emalatxanada görürdülər:

Elbrus Vahidov kinostudiyadan qovulub?

“İndi qrim ustaları emalatxanasız qalıb. Əvəzində heç bir yer vermədilər. İki aydır otaq boş qalıb, bağlayıblar. Dedilər ki, oranı təmizləyəcəyik, emalatxananı boşaldın. Biz də boşaltdıq. Ayrı heç bir məlumat verilmədi”.

Kinostudiyadan Lent.az-a verilən açıqlamada deyilənlərin həqiqəti əks etdirmədiyi bildirilib:

“Uzun illər ərzində milli kino sənətimizin inkişafına töhfələr vermiş, peşəkar fəaliyyəti ilə seçilən qrim rəssamı Elbrus Vahidovun Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasındakı iş otağı ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar reallığı tam əks etdirmir.

Hazırda kinostudiyanın ərazisində onun kino sənayesi parkına çevrilməsi istiqamətində mərhələli şəkildə abadlıq, təmir və bərpa işlərə başlamışdır. Bu çərçivədə mövcud məkanların funksional baxımdan yenidən təşkili aparılır. Elbrus Vahidovun istifadəsində olan otaqlardan anbar kimi istifadə edilən hissə onun razılığı və iştirakı ilə təmir məqsədilə boşaldılmış, şəxsi əşyaları özü tərəfindən götürülmüşdür. Otaqda olan istifadəyə yararsız inventar da razılığı əsasında çıxarılmışdır.

Eyni zamanda qeyd edirik ki, Elbrus Vahidovun kinostudiyada ayrıca iş otağı mövcuddur və o, fəaliyyətini davam etdirir. Təmizlənmiş məkanın qrim xidmətləri üçün istifadəsi nəzərdə tutulur. Həmin otağın icarəyə verilməsi ilə bağlı səsləndirilən fikirlər isə təsdiqini tapmır.

Ümumilikdə həyata keçirilən işlər kinostudiyada daha səmərəli və rahat yaradıcı mühitin formalaşdırılmasına, kino sahəsində çalışan mütəxəssislər üçün imkanların genişləndirilməsinə xidmət edir. Tarixi ənənələrə malik “Azərbaycanfilm” kinostudiyasının müasir yanaşmalar əsasında yenilənməsi və inkişafı istiqamətində tədbirlər davam etdirilir”.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər