Əməkdar artistin evindən 5400 dollar oğurlandı

Maestro Ceyhun, Əməkdar artist

Maestro Ceyhun, Əməkdar artist

15 fevral 2022
# 15:36

Azərbaycanın Əməkdar artisti, “Maestro” adı ilə tanınan skripkaçı Ceyhun İsmayılovun evindən oğurluq edilib.

Kulis.az xəbər verir ki, 1975-ci il təvəllüdlü sənətçinin Sumqayıt şəhəri Qurd dərəsi adlanan ərazidəki bağ evindəki seyfdən 5400 dollar oğurlanıb. Belə ki, ötən il iyul ayının 20-də villanın 2-ci mərtəbəsindəki yataq otağındakı seyfdən açar seçmə üsulu ilə xeyli miqdarda pul naməlum şəraitdə oğurlanıb.

Aparılan araşdırmalar zamanı hadisənin “Maestro” Ceyhunun evində bağban və xidmətçi işləyən və həmin evdə yaşayan ər-arvadın Kamal adlı oğlu tərəfindən törədilməsi üzə çıxıb. Məlum olub ki, vaxtaşırı valideynlərinin yanına gələrək onlara kömək edən 1988-ci il təvəllüdlü Kamal Qulamov seyfin yerini öyrənib və açarı əldə edərək Sumqayıtda surətini çıxarıb. O, daha sonra gizli şəkildə yataq otağına daxil olaraq seyfdəki dollar bağlamalarının arasından 5400 dollar götürüb. Kamal izi itirmək üçün bağlamaların hər birindən müəyyən qədər yüzlük dollarları götürüb və pulun bir hissəsini banka ödəyərək kreditini bağlayıb.

Bundan sonra xarici ölkəyə səfərə gedən Əməkdar artist seyfdən sənədlərini götürmək istəyərkən dollar bağlamalarının bir qədər nazikləşdiyini görərək pulların oğurlanmasından şübhələnib. O, pulları saydıqda həqiqətən oğurluğun baş verdiyini görüb.

Faktla bağlı Cinayət Məcəlləsinin “oğurluq” maddəsi ilə iş açılıb. İbtidai istintaq zamanı və məhkəmənin gedişində təqsirləndirilən şəxsin ailəsi oğurlanmış pulları geri qaytarıb və Ceyhun İsmayılov Kamaldan şikayətçi olmayıb.

Məhkəmə Kamal Qulamovun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilməsinə qərar verib və ona elektron nəzarət cihazı təbiq edilib.

/axsam.az/

# 2944 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər