Elməddin Cəfərov: "Cem Yılmaza gülə bilmirəm"

Elməddin Cəfərov:  "Cem Yılmaza gülə bilmirəm"
4 aprel 2025
# 09:20

"Mən öz anama, bacıma həyat yoldaşıma danışa bilməyəcəyim şeyləri tamaşaçı qarşısında səsləndirmərəm!"

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov deyib.


Onun sözlərinə görə, aktyorun doğmalarına qarşı münasibəti necədirsə, tamaşaçıya qarşı da münasibəti o cür olmalıdır:

"Mən öz anama, bacıma həyat yoldaşıma danışa bilməyəcəyim şeyləri tamaşaçı qarşısında səsləndirmərəm. Bunun əleyhinəyəm. Evdə onlarla necə davranıramsa, hər kəslə o cür davranmalıyam. Söyüşlü ifadələr yığınının adına "komediya" deyilməsinin də tərəfdarı deyiləm. Müəyyən sərhədlər var ki, onları keçmək olar. Amma bəziləri elə bir çərçivəni aşır ki, bu artıq biabırçılıqdır..."

Aktyor qeyd edib ki, Cem Yılmaz insanları söyüşlə güldürür:

"Cem Yılmazın konsertinə getmişdim. İnsanın yaranmasından danışırdı. Allah tərəfi, yaradılmasından danışmadı. Ərlə-arvadın münasibətindən, proseslərin necəliyindən... yəni, bildiyimiz pornoqrafiya. Hamı gülürdü. Donub qaldım ki, axı burada gülməli heç nə yoxdur. Öz izləyiciləri var, düzdür. Amma mən bu cür yumorun tərəfdarı deyiləm. Müəyyən çərçivələrim var. Düşünürəm ki, 7-dən 70-ə hamının müəyyən çərçivəsi olmalıdır. Söyüşlə güldürməyə nə var ki? Fərda Azərbaycanın bir nömrəli stəndap ustasıdır. Amma təbii ki, özümüzünküdür deyə bəyənməyəcəyik, qəbul etməyəcəyik. O da Cem Yılmaz kimi yumoruna söyüşlər qatsa, demirəm, Cem Yılmaz olacaq, amma Fərda Xudaverdiyev olacaq..."

# 1444 dəfə oxunub

Oxşar xəbərlər

"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?

18:24 29 dekabr 2025
Xan qızının məclislərinə çağırıldı,  "tarın atası" adlandırıldı...  - Onu niyə "Sadıqcan" çağırırdılar?

Xan qızının məclislərinə çağırıldı, "tarın atası" adlandırıldı... - Onu niyə "Sadıqcan" çağırırdılar?

17:38 29 dekabr 2025
Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi

17:15 29 dekabr 2025
“Xalq artisti Tofiq Bakıxanov - 95”  adlı elektron baza hazırlanıb

“Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb

16:43 29 dekabr 2025
Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı

16:40 29 dekabr 2025
Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

15:37 29 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər