Dünyanın ən məşhur 10 qadın yazıçısı

Dünyanın ən məşhur 10 qadın yazıçısı
9 iyul 2024
# 15:00

Kulis.az dünyanın ən məşhur 10 qadın yazıçısının siyahısını təqdim edir.

1. Ceyn Ostin - (1775-1817)

Jane Austen Profile: Novelist of the Romantic Period

İngilis yazıçısı Ceyn Ostin "Qürur və qərəz" və "Emma" kimi əsərləri ilə tanınır. Onun əsərləri sevgi, ailə və cəmiyyət mövzuları haqqındadır.

O dövrdə evli ingilis qadınlarınn müqavilə imzalamağa hüququ yox idi. Əsər çap etdirmək istəyəndə qadının əvəzinə kişi imza atırdı. O dövrün əksər qadın yazıçıları kimi Ostin də əsərlərini anonim adla çap etdirmişdi.

2. Virciniya Vulf - (1882-1941)

Virginia Woolf from black and white to color | Blogging Woolf

Modernist ədəbiyyatın qabaqcıl nümayəndələrindən olan Vulf "Orlando" və "Miss Dellouey" kimi əsərləri ilə məşhurdur. O, qadın hüquqları və feminist mövzuları yazılarında geniş şəkildə işləyib.

Əgər Ceyms Coysun dünya ədəbiyyatına möhrünü vurmuş "Uliss" romanı varsa, Vircinia Vulfun da "Missis Dellovey" romanı vardır.

Vircinia Vulf 1941-ci il 28 mart tarixində ciblərinə çoxlu daş yığaraq şəhər kənarındakı evlərinin yaxınlığından axan Ouz çayına özünü atıb. Ərinə yazdığı vida məktubunda bu sözlər yazılmışdı:

"Ən sevdiyim.

Sanki dəli olacağam, hiss edirəm ki, bu qorxunc günləri geridə qoya bilməyəcəyik. Qulağıma səslər gəlməyə başlayıb və fikrimi cəmləşdirə bilmirəm. Keçən zamanı geri qaytara bilməyəcəyəm. Onun üçün də nə etməliyəmsə, onu da edəcəyəm. Mənə ən böyük xoşbəxtliyi verdin, heç kəsin etməyəcəyi şeyləri etdin. Amma mən artık mübarizə apara bilmirəm. Bilirəm, sənin də həyatını məhv edəcəyəm, lakin mənsiz daha xoşbəxt olacaqsan. Görürsən, bu məktubu belə düzgün yaza bilmirəm, oxuya bilmirəm. Həyatımdaki bütün xoşbəxtliyi sənə borclu olduğumu söyləmək istəyirəm. Mənə qarşı olduqca səbirlisən. Əgər kimsə məni bu vəziyyətdən xilas edə bilərdisə, bu sən olardın. Zənnimcə, heç kim bizim qədər xoşbəxt ola bilməzdi".

3. Meri Şelli

Mary Shelley's birth anniversay: Women writers who made their mark in  science fiction | Books News - The Indian Express

"Frankenşteyn" əsəri ilə tanınan ingilis yazıçı qotik ədəbiyyatın ən görkəmli simalarından biridir.

Romanda gənc alim Viktor Frenkenşteyn ildırımın qoca palıdı necə parçaladığını və yandırdığını görür. Bu möhtəşəm gücdən ilham alan Viktor ildırımla - bu ilahi od qığılcımı ilə təcrübələr aparmağa başlayır. Bir məqamı da qeyd etmək lazımdır ki, əsərin yaradılışında müəmmalar və spiritual məqamlar da kifayət qədər çoxdur. Belə ki, xatirələrində Meri Şelli yazır ki, bir gecə yuxudan oyanaraq çardaqdan gələn səslərin nə olduğunu tapmaq üçün ora qalxır və orada gördüklərinə inana bilmir: ağbəniz gənc alim yaratdığı məxluqun qarşısında dayanmışdı. Çox güclü mühərrikin işə salınmasından sonra otağın ortasında uzanan ölü dirilir. Elə bu dəm Meri də çox qorxmuş halda yuxudan oyanır və beləliklə də əfsanə yaranır. Meri belə düşünür ki, onu qorxudan bu kabus minlərlə insanı da qorxuda bilər. Qorxu və elm birləşərək “Frenkenşteyn, yaxud müasir Prometey” əsərini yaradır.

4. Toni Morrison - (1931-2019)

Toni Morrison: 9 Essential Books, Works by Nobel Laureate

Amerika yazıçısı Toni Morrison Nobel mükafatı alan ilk qara dərili qadındır. Əsl adı və soyadı Kloi Entoni Uofforddur. Ohayo ştatında, zavod fəhləsi ailəsində doğulub. Ədəbiyyata kiçik yaşlarından maraq göstərən Morrisonun sevimli yazıçıları Ceyn Ostin və Lev Tolstoy olub. Atasının amerikan zəncilərinin həyatı haqqında danışdığı əhvalatlar onda yazmağa maraq oyandırıb.

"Sevgili", "Solomonun nəğməsi", "Ən mavi gözlər", "Sula" romanları onu bütün dünyada tanıdıb.

Toni Morrison həmçinin, "Caz" (1992), "Cənnət" (1998) romanlarının, uşaqlar üçün yazılmış "Böyük qutu" (2000) və "Yaxşı adamların kitabı" (2002) kimi hekayə və nağıl məcmuələrinin də müəllifidir. 1992-ci ildə Harvard universitetində oxuduğu mühazirələr əsasında Amerika cəmiyyətinin köklü problemlərinə toxunan "Qaranlıqda oyun. Ağlıq və ədəbi təxəyyül" esselər kitabını çap edib.

5. Aqata Kristi - (1890-1976)

Agatha Christie classics latest to be rewritten for modern sensitivities

Aqata Kristi dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Onun əsərləri Bibliya və Şekspirin əsərlərindən sonra ən çox nəşr və tərcümə olunan əsərlərdir. Kristinin 60-dan çox detektiv , 6 psixoloji romanı (Meri Uestmakott təxəllüsü ilə) və 19 hekayələr çap olunub.

6. Harper Li - (1926-2016)

Who is Harper Lee?

"Bülbülü öldürmək" romanı ilə tanınan amerikalı yazıçı irqi ədalətsizlik mövzusunu təsirli şəkildə işləyib.

Bir neçə hekayə yazdıqdan sonra Li 1956-cı ilin noyabrında ədəbi agent tapıb. Dekabr ayında o, dostları Maykl Braun və Coy Uilyams Braundan məktub alıb. Məktubda illik ödənişli məzuniyyət şəklində hədiyyə var idi. Dostları yazırdı:

“İstədiklərini yaza bilməyin üçün bir illik məzuniyyətin var. Milad bayramın mübarək".

Bir ildən sonra romanın qaralaması hazır idi. J.B. Lippinkott & Co. nəşriyyatının redaktoru Tey Xoxoff ilə işləyərək, 1959-cu ilin yayına qədər “Bülbülü öldürmək” əsərini tamamlayıb. Roman 11 iyul 1960-cı ildə nəşr olunub və bestsellerə çevrilib.

Belə bir fikir var ki, romanın uğuru onun nəşrinin ABŞ-də vətəndaş hüquqları hərəkatının başlanğıcına təsadüf etməsi ilə bağlıdır.

7. Marqaret Etvud - (1939)

Summary of Margaret Atwood's Masterclass on Creative Writing | by  Masterclass Notes | Medium

"Damazlıq qızın əhvalatı" əsəri ilə tanınan kanadalı yazıçı feminist distopiya ədəbiyyatının əsas nümayəndələrindəndir.

"Artur C. Klark" və "Asturiya şahzadəsi" ədəbi mükafatlarını qazanan yazıçı beş dəfə Buker mükafatına namizəd olub, iki dəfə qazanıb.

8. C.K. Roulinq - (1965)

Creator of controversial TERF play at Edinburgh Fringe says they would  welcome JK Rowling | The Independent

Roulinq dünyanın 65-dən çox dilinə tərcümə edilən "Harri Potter" romanlar seriyasının müəllifi kimi tanınır. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və hətta bir müddət dünyanın ən varlı qadını olub.

O, həmçinin Robert Qalbreyt adı altında "Kormoran Strayk" detektiv romanlar seriyasını müəllifir.

9. İsabel Alyende - (1942)

At 80, Isabel Allende Still Isn't Playing By The Rules | British Vogue

Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olub.

1945-ci ildə valideynləri boşanıb və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çilidə yaşayıb. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənib və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşayıb. Burada o ABŞ məktəbində təhsil alıb. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin ölkədə özəl məktəbdə davam etdirib. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olub. 1987-ci ilə qədər davam edən bu evlilikdən Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlib.

Çilinin ilk sosialist prezidenti olmuş Salvador Alyende general Auqusto Pinoçetin başçılığındakı dövlət çevrilişi zamanı öldürüldükdən sonra, Alyende ailəsi ilə birlikdə iəvvəlcə Venesuelanın paytaxtı Karakasa, daha sonra isə ABŞ-nin San-Fransisko şəhərinə sürgün edilib.

"Ruhlar evi", "Paula", "Afrodita", "Taleyin qızı", "Solmuş şəkil" romanlarının müəllifidir.

10. Maya Ancelu

TV Review: "Maya Angelou: And Still I Rise" on PBS

Maya Anjelu uşaqlığından və gəncliyindən bəhs edən altı cildlik avtobioqrafik əsəri ilə məşhurdur. Anjelu kareyrası boyunca onlarla mükafat qazanıb. Bunlardan ən prestijlisi, heç şübhəsiz ki, Pulitzerdir.

# 672 dəfə oxunub

Oxşar xəbərlər

Ledi Qaqa nişanlandı

Ledi Qaqa nişanlandı

15:00 29 iyul 2024
Fərda niyə Cem Yılmaz ola bilmədi... - "Ala, siz neynirsüz?"

Fərda niyə Cem Yılmaz ola bilmədi... - "Ala, siz neynirsüz?"

14:00 29 iyul 2024
Tarixi Abidələrin Bərpası Məktəbi  beynəlxalq müsabiqənin qalibi oldu

Tarixi Abidələrin Bərpası Məktəbi beynəlxalq müsabiqənin qalibi oldu

13:01 29 iyul 2024
10 ildir komada olan aktyor vəfat etdi

10 ildir komada olan aktyor vəfat etdi

12:32 29 iyul 2024
Gəncə Teatrı beynəlxalq festivalda Qran-Pri qazandı

Gəncə Teatrı beynəlxalq festivalda Qran-Pri qazandı

11:53 29 iyul 2024
Ediz Hundan xərçəng iddiası ilə bağlı açıqlama

Ediz Hundan xərçəng iddiası ilə bağlı açıqlama

10:57 29 iyul 2024
#
#
# # #