Dua Lipa qadağan olunmuş kitablardan kitabxana açdı

Dua Lipa qadağan olunmuş kitablardan kitabxana açdı
29 iyun 2026
# 13:30

"Levitating" hiti ilə dünya şöhrəti qazanan pop ulduz Dua Lipa Portuqaliyada olduqca qeyri-adi və fərqli bir mədəniyyət layihəsinə imza atıb.

Kulis.az xəbər verir ki, məşhur müğənni Portu şəhərində qadağan edilmiş və senzuraya məruz qalmış kitablar üçün xüsusi kitabxana açıb.

"Manifesto Kitabxanası" (Manifesto Library) adlanan bu məkan Portunun dünyaca məşhur "Livraria Lello" kitab evinin daxilində yerləşir. Kitabxana hakimiyyəti, senzuranı, cəmiyyətdən təcrid olunmağı və dominant narrativləri mühakimə edən əsərlərə həsr olunub. Layihə şəhərdə yeni təsis edilən beynəlxalq "BABELL – City of Books" kitab festivalı çərçivəsində daimi olaraq fəaliyyət göstərəcək.

"Yazdıqları sözlərin qarşılığını həyatı ilə ödəyən müəlliflər var"

Dua Lipa mətbuata açıqlamasında bu addımını "arzuların tərəfdaşlığı" kimi xarakterizə edib. O, vaxtilə qurduğu "Service95" kitab klubunun və eyniadlı podkastının da əsas missiyasının məhz müəlliflər üçün azad bir platforma yaratmaq olduğunu vurğulayıb:

"Dünyanı oxumaq bizi bir-birimizə yaxınlaşdırır, lakin əfsuslar olsun ki, hamı bunun tərəfdarı deyil. Bu kitabxanada suallar doğuran və ya mühaikimə olunan 100 xüsusi kitab tapacaqsınız. Kimiləri irqi və ya cinsi mövzulara görə məktəblərdə qadağan edilib, Lator (LGBTQIA+) oxucuları üçün yazılan bəzi əsərlərin nümayişi isə məhdudlaşdırılıb. Hətta elə hadisələr var ki, müəllif qələmə aldığı sözlərin qarşılığını öz həyatı ilə ödəyib".

Musiqi dünyasından şəxsi həyata: Dua Lipanın digər uğurları

Kitabxana layihəsi ilə gündəmə gələn ulduzun yaradıcılığında və şəxsi həyatında da diqqətçəkən yeniliklər var:

Musiqi uğurları və rekordlar:

Müğənni bu yaxınlarda "Dua Lipa – Live From Mexico" adlı yeni canlı albomunu yayımlayıb. Bununla yanaşı, onun 2017-ci ildə işıq üzü görən debüt albomu Böyük Britaniyanın Rəsmi Albomlar Siyahısında (UK Official Albums Chart) tam 450 həftə qalaraq möhtəşəm bir rekorda imza atıb.

Ceyms Bond iddiaları:

Dua Lipa hələ də növbəti "Ceyms Bond" filminin saundtreki üçün pərəstişkarlarının ən çox istədiyi favorit ifaçı statusunu qoruyur.

Şəxsi həyatı:

Məşhur sənətçi bu yaxınlarda aktyor Kallum Ternerlə ailə həyatı qurub. Maraqlıdır ki, Ternerin özü də növbəti "Agent 007" rolu üçün əsas namizədlərdən biri hesab olunur.

Sosial aktivlik:

İfaçı həmçinin dünyada böyük səs-küyə səbəb olan "Epşteyn sənədləri" ətrafındakı müzakirələrə də səssiz qalmayaraq öz tənqidi fikirlərini səsləndirib.

# 122 dəfə oxunub

Oxşar xəbərlər

"Hörümçək-adam"ın əsl vizual "atası" - O, niyə inzivaya çəkilmişdi?

"Hörümçək-adam"ın əsl vizual "atası" - O, niyə inzivaya çəkilmişdi?

14:30 29 iyun 2026
"Niyə içirsən? Unutmaq üçün..." -  Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar

"Niyə içirsən? Unutmaq üçün..." - Həyatda məna tapa bilməyib qapalı dövrədə ilişib qalanlar

14:00 29 iyun 2026
"Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə

"Hər kəs tənqidi təfəkkürə möhtacdır" - Damien Storey ilə müsahibə

13:50 29 iyun 2026
63 yaşlı xanım ana ola bilməz? - Yaradanın möcüzəsini mühakimə edənlər

63 yaşlı xanım ana ola bilməz? - Yaradanın möcüzəsini mühakimə edənlər

13:30 29 iyun 2026
Dostunu satmamaq üçün intiharı seçən şair - Paolo Yaşvili kim idi?

Dostunu satmamaq üçün intiharı seçən şair - Paolo Yaşvili kim idi?

13:00 29 iyun 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

12:30 29 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər