Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib
25 noyabr 2024
# 09:34

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs məhkəmədən əvvəl həbsxanadan çıxmağa çalışır.

Kulis.az xəbər verir ki, P.Diddiyə qarşı getdikcə daha çox iddialar irəli sürülür. Əvvəllər onun ev dustaqlığına köçürülməsi ilə bağlı vəsatətləri müvəqqəti həbsxanadan çıxdıqdan sonra P.Diddinin adi taktikasına qayıdacağı və şahidləri təhdid etməyə başlayacağına dair şübhələr səbəbindən rədd edilmişdi.

Bununla belə, Kombs ruhdan düşmür və dördüncü dəfədir ki, müraciət ünvanlayıb. Repçi cümə günü Nyu-York məhkəmə zalında görünüb, vəkilləri onun 50 milyon dollar girov müqabilində həbsdən azad olunmasını istəyib. Zəmanət olaraq P.Diddi Mayami-Biçdə malikanə verib, orada ev dustaqlığı və 24 saat mühafizə altında qalmaq istəyib. Ayrı-ayrılıqda, o, iddia edilən qurbanlar və ya şahidlərlə əlaqənin tam olmamasını vəd edib.

Lakin hakim bu vəsatəti təmin etməyib – P.Diddinin malikanəsinin yaxınlığında körpü var, ona görə də onun qaçıb uzaqlaşması çox asan olacağı bildirilib. Bununla belə, reperin başqa yaşayış variantları var - məsələn, Nyu-Yorkdakı üçotaqlı mənzili, ona görə də yekun qərar gələn həftəyə təxirə salınıb.

# 1205 dəfə oxunub

Oxşar xəbərlər

“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

14:25 10 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər