Cümhuriyyətdən bəhs edən eksperimental roman nəşr olundu

Cümhuriyyətdən bəhs edən eksperimental roman nəşr olundu
2 noyabr 2021
# 18:21

Yazıçı Nizami Hüseynovun ilk bədii kitabı olan “Prometey əfsanəsi” romanı çap olunub.

Kulis.az xəbər verir ki, “XAN” Nəşriyyatında çap olunan kitabda “Prometey əfsanəsi” romanı və bir neçə hekayə yer alıb. Romanın qəhrəmanları Azər baba və müəllifin özüdür.

Hadisələrin mərkəzində 90 yaşını keçmiş Azər babanın xatirələri dayanır. XX əsrin əvvəllərindəki çətin şərait, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, süqutu, bundan sonrakı işgəncələr Azər obrazının timsalında təqdim edilir.

Eksperimental roman kimi xarakterizə edilən əsər struktur baxımından da fərqlidir. Belə ki, süjet boyu əksər hadisələr paralel xətlərlə “yaxşı və pis”, “gerçəklik və xəyal” olaraq davam edir.

Hər kəsin “kaş ki”ləri olur. Kimi də az, kimi də isə bütün həyatı boyu. “Prometey əfasəni” bir “Kaş” romanıdır – arzuların çin olmadığı, bir millətin alovunun necə söndürüldüyünü ifadə edən roman.

Romanda hadisələrin böyük hissəsi XX əsrdə cərəyan edir. Burada Azərbaycan xalqının çəkdiyi əsarət zülmü, respublika quruculuğu, müstəqil olmaqdan müstəqilliyin bərpasına qədər davam edən keşməkeşli dövr təsvir edilir. Əsər Azərin timsalında Azərbaycanın taleyini göstərir.

Romanda XX əsr Azərbaycan ədəbiyyatının da izlərini aydın görmək olar. Pastişdən sıx istifadə romanı eksperimental ədəbiyyatın bir parçasına çevirir.

# 3385 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər