Türkan Şoray: "Edqar Allan Ponun şeirini oxuyub ağlayırdım"

Türkan Şoray: "Edqar Allan Ponun şeirini oxuyub ağlayırdım"
22 iyul 2020
# 16:27

“Kino ədəbiyyatın vizual halıdır. Bu baxımdan kino ədəbiyyatdan çox yararlandı”.

Kulis.az xəbər verir ki, bu sözləri “Yeşilçam” filmlərinin məşhur aktrisası Türkan Şoray Türkiyənin məhşur ədəbiyyat və sənət dərgisi olan “Varlıq”ın yeni sayında verdiyi geniş müsahibəsində söyləyib. “Yeşilçam”ın “Sultan”ı ədəbiyyatın kinoya yansıması haqqında maraqlı açıqlamalar verib. “ Asya”, “Minə”, “Dila xanım” və “Fəridə” kimi Türk filmlərində bir çox ədəbi əsərin baş qəhramanlarını canlandıran sənətkar sənətin hər qolunun əslində ədəbiyyat olduğuna işarə edərək, kitabların insanın ruhuna girdiyini və kütləni, insanı tanıtdığını deyib:

“Kino ədəbiyyatın vizual halıdır. Bu baxımdan kino ədəbiyyatdan çox yararlandı. Bir çox klassik roman film oldu. İlk “Çalıquşu”nda oynamaq mənim üçün fəxr idi. Kərimə Nadirin bir çox əsərində də çox şükür rol aldım. Çünki ədəbiyyat bizim həyatımızın bir parçasıdır və dünyanı gözəlləşdirir. Gündəlik həyatımda da çox kitab oxuyuram. Demək olar ki, qəzetləri izləyirəm. Evimdə böyük bir kitabxanam var. Bəzi yazıçıların kitablarını təkrar-təkrar açıb oxuyuram.”

Eyni zamanda ssenarist və rejissor olan Türkan Şoray film olaraq çəkmək istədiyi əsərdən də bəhs edib: “Orxan Kamalın əsərlərini çox sevirəm. O, sadə insanların dünyasını elə gözəl qələmə alır ki… “Evlərdən biri” adlı romanına film çəkməyi çox istərdim”.

Uşaq vaxtı oxuduğu ilk kitabın Dostoyevskinin “Alçaldılmışlar” əsəri olduğunu söyləyən Türkan Şoray, “Bu kitab məni düşünməyə və hesablaşmağa vadar etmişdi. Məsələn, gənc qızkən mənim də əl yazısı ilə yazdığım bir şeir dəftərim vardı. Edqar Allan Ponun “Annabel Lee” şeirini oxuyub ağlayırdım. Nazim Hikmətin yaradıcılığı da mənə çox təsir etmişdi. Elə ona görə də poeziyanın, ümumilikdə ədəbiyyatın həyatımda yeri həmişə xüsusi oldu” ifadələrini işlədib.

# 3879 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər