“Allaha minnətdaram!” – Polad Bülbüloğlu Şuşanın azad olunmasından danışdı

“Allaha minnətdaram!” – Polad Bülbüloğlu Şuşanın azad olunmasından danışdı
8 noyabr 2020
# 13:50

“Mən söz vermişdim ki, "Xarıbülbül" festivalı yalnız Şuşa azad olunanda keçiriləcək”

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu AzTv-nin efirində qoşulduğu canlı telefon bağlantısı zamanı söyləyib.

“Mən Allaha minnətdaram ki, bu günü gördüm. Bizim Şuşada işlərimiz hələ çoxdur. Biz o güllələnmiş abidələri Şuşaya qaytarmalıyıq. Xarı Bülbül festivalını yenidən yaratmalıyıq. Mən söz vermişdim ki, bu festival yalnız Şuşada keçiriləcək. İndi bunun vaxtı gəlib çatıb. Mən hörmətli Prezidentimizə təşəkkürümü bildirirəm, hər bir əsgərin qarşısında baş əyirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların qanı yerdə qalmır, çünki Şuşa azaddır. Bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Danışmağa söz tapmıram. Hamınızın qarşısında baş əyirəm. Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Yaşasın bizim birliyimiz!”

# 4268 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

18:15 5 avqust 2026
Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

17:00 5 avqust 2026
“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

16:30 5 avqust 2026
Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

16:00 5 avqust 2026
Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər