Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirildi

Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirildi
4 iyul 2024
# 17:38

İyulun 3-də Kapellhaus səhnəsində çilili dramaturq Pablo Manzinin “Barbarların yaşadığı yer” pyesinin təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbirdə Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti və CHARACTERS Müasir Dramaturgiya Festivalının təşkilatçısı İsmayıl İman çıxış ediblər.

Ciankarlo Alberti bildirib ki, Azərbaycanda ilk dəfədir Çili ədəbiyyatına məxsus əsərin təqdimatı keçirilir. Bu baxımdan tədbir xüsusi əhəmiyyət daşıyır. O, həmçinin gələcəkdə Çili ilə Azərbaycanın mədəni sahədə əlaqələrinin daha da genişlənəcəyinə inamını ifadə edib.

Pyes iştirakçılara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən çatdırılıb. Əsərin oxunuşuna Rus Dram və “Yuğ” teatrının rejissoru Tural Mustafayev quruluş verib. Pyesin oxunuşundan sonra yaradıcı heyətin və tamaşaçıların iştirakı ilə müzakirələr aparılıb.

Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru Mikayıl Mikayılov, teatrşünas alimlər Aydın Talıbzadə və Vidadi Qafarov oxunuş barədə öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Pablo Manzinin 2015-ci ildə yazdığı pyes müasir dünyada zorakılıq və qorxu mövzusunu, cəmiyyət daxilindəki sosial-siyasi fikir ayrılıqlarını gündəmə gətirir, miqrantların problemlərinə və gender kimliyinə toxunur.

Pyesi ispan dilindən Azərbaycan dilinə İlahə Əkbər tərcümə edib.

# 1716 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər