“Bulvarda kino axşamı” layihəsi - "Görüş" filmi nümayiş etdirildi

“Bulvarda kino axşamı” layihəsi - "Görüş" filmi nümayiş etdirildi
19 iyul 2025
# 21:30

Mədəniyyət Nazirliyinin, ARKA-nın dəstəyi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı yeni layihənin icrasına başlanılıb.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində iyulun 19-da keçirilən ilk təqdimatda C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi nümayiş olunub.

Məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaq olan yeni layihənin ilk təqdimatında yüzlərlə izləyici iştirak edib.

Layihə çərçivəsində “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib.

Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.
Qeyd edək ki, “Bulvarda kino axşamı”nın növbəti təqdimatı Azərbaycan kinosunuun 127 illiyinə həsr ediləcək. Bu münasibətlə avqustun 1-də və 2-də bulvarda daha iki film nümayiş olunacaq.

# 671 dəfə oxunub

Oxşar xəbərlər

Çingiz Aytmatovun romanlarındakı səhnələr keçə üzərində

Çingiz Aytmatovun romanlarındakı səhnələr keçə üzərində

11:46 31 iyul 2025
“Ulduz müharibələri”  filminin fanatlarına sürpriz

“Ulduz müharibələri” filminin fanatlarına sürpriz

11:30 31 iyul 2025
Arif Babayevin son vəziyyəti

Arif Babayevin son vəziyyəti

11:29 31 iyul 2025
Musiqilərini bir-bir sildilər – "Spotify"ın gizli silah layihəsi ifşa oldu

Musiqilərini bir-bir sildilər – "Spotify"ın gizli silah layihəsi ifşa oldu

11:00 31 iyul 2025
Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı

Çəkilişlərdə eynəyi 160 dəfə dəyişdirilən məşhur film personajı

11:00 31 iyul 2025
"Əylən, sənə çay demişəm..." - Günün şeiri

"Əylən, sənə çay demişəm..." - Günün şeiri

10:49 31 iyul 2025
#
#
# # #