Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi

Ulduz falı, Kaşpirovski, Niqmatulinin ölümü – Sovet təhsilinin qaranlıq tərəfi
30 iyul 2025
# 18:47

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir

– Dünyanın ən hündür dağı hansıdır?

Yaxud "Ekvatoru iki dəfə kəsən çay?", "Dünyanın ən uzun çayı?"

Sovet dövründə məktəblinin yaxşı oxuyub-oxumadığını müəyyən etmək istəyən yaşlılar, adətən, bu sualları verirdilər.

O dövrlərdə maraqlı faktların toplandığı "Bunları bilirsinizmi?" kitabı çox məşhur idi, əldən-ələ gəzirdi. Bu il imtahanda soruşulan və mübahisə yaradan tarix sualı da hələ ki "bilik = əzbərlənmiş informasiya" anlayışının hakim olduğunu göstərir. Təkcə bir sualdakı vacib olmayan informasiya miqdarı o qədər çoxdur ki, abituriyent "Burdan sual düşə bilər" məntiqi ilə bütün kitabı əzbərləməlidir.

Savad əslində, mühakimə aparmaq bacarığıdır, təbiət elmlərinin və humanitar elmlərin böyük ideya və qanunlarından istifadə edərək səbəb-nəticə əlaqələrini müəyyən edə bilməkdir.

Rusiya mənşəli bir videomaterialda yaşlı bir insana "Afrikadakı ən uzun çay hansıdır?" tipli suallar verirlər. Şəxs doğru cavablar verir, şərhlərdə sovet təhsil sistemi təriflənir. Sovet təhsilinin Qərb təhsilindən xeyli geri qaldığı şərhimə özbək soydaşımız etiraz edib.

Etirazçı Orta Asiyadan olduğu üçün Talqat Niqmatulinin necə öldürüldüyünü bilib-bilmədiyini soruşdum.

Niqmatulin SSRİ-nin ilk aksiyon filmi olan "20-ci əsrin quldurları" kinosunda baş rol oynamışdı, karate üzrə ciddi idman dərəcələri var idi. Sovet dövrünün ən sevilən aktyorlarından idi.

Mənsub olduğu təriqətin rəhbərinin göstərişi ilə döyülərək öldürülmüşdü. Sonradan müəyyən olunmuşdu ki, təriqətin toplaşdığı mənzildə onu saatlarla döyüblər, fiziki hazırlığı özünü müdafiə etməyə tam kitayət etsə də, müqavimət göstərməyib, aldığı travmalardan ölüb.

Məhkəmə zamanı əyalətdən gəlmiş savadsız bir kült rəhbətinin Rusiyanın böyük şəhərlərində çoxsayda vəzifəli və tanınmış müridinin olması da ortaya çıxmışdı.

"Sovet təhsili 1 nömrə idi" deyənlər yəqin sovet dövründə və dağıldıqdan sonra da insanların kütləvi şəkildə psevdoelmə və okkultizmə sarıldıqlarından xəbərləri yoxdur.

Biz mərkəzi televiziyanın ekranından Kaşpirovskinin suya şəfalı enerji yükləyib insanları müalicə etməsini görmüşük. Mərkəzi univermağın qarşısında printer qoyulmuşdu. Yaxınlaşıb 3 manat verib doğum tarixini deyənlərə ulduz falı çıxarırdı. Səhərdən axşama uzun növbələr olardı.

Savadı faktoloji biliyə reduksiya edən anlayış hələ də yıxılmayıb, ayaqdadır.

# 1603 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

18:40 16 fevral 2026
Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

18:02 16 fevral 2026
Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

17:00 16 fevral 2026
"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

17:00 16 fevral 2026
Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

16:30 16 fevral 2026
Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

16:23 16 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər