Almaniyada çap edilən kitabda yer alan azərbaycanlı bəstəkar - Günün mahnısı

Almaniyada çap edilən kitabda yer alan azərbaycanlı bəstəkar - Günün mahnısı
30 iyul 2025
# 12:50

30 iyul Azərbaycanın Xalq artisti, professor və görkəmli bəstəkar Xəyyam Mirzəzadənin anım günüdür.

Kulis.az bu münasibətlə Xəyyam Mirzəzadənin həyat və fəaliyyəti haqqında məlumatları, eləcə də onun bəstəkarı olduğu "Qayalar" mahnısını təqdim edir.

O, 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub və 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində ali musiqi təhsilini uğurla tamamlayıb.

Həmin ildən başlayaraq uzun illər Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərərək çoxsaylı gənc bəstəkar və musiqiçinin yetişməsində mühüm rol oynayıb.

Xəyyam Mirzəzadə milli musiqi ənənələrini müasir bəstəkarlıq texnikaları ilə uğurla vəhdətləşdirərək özünəməxsus geniş yaradıcılıq diapazonu yaradıb. Onun instrumental, simfonik, xor və kamera əsərləri musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Bəstəkar 40-dan çox “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” kimi bədii və animasiya layihələrinə musiqilər bəstələyərək kino sənətinə əvəzsiz töhfələr verib.

1970-ci ildə Almaniyada çap edilən “50 sovet bəstəkarı” kitabında onun da yaradıcılığından bəhs olunub.

Xəyyam Mirzəzadənin mahnıları uzun illərdir Azərbaycanın ən tanınmış ifaçılarının repertuarında öz yerini qoruyub.

O, həmçinin bir çox teatr tamaşalarına səhnə musiqiləri yazmaqla sənətini zənginləşdirib.

Bəstəkarın musiqi sahəsindəki xidmətləri “Şöhrət” və “Şərəf” ordenləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə qiymətləndirilib.

Xəyyam Mirzəzadə 2018-ci il iyulun 30-da vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

# 1834 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər