Kinematoqrafçılar İttifaqı qalibləri açıqladı

Kinematoqrafçılar İttifaqı qalibləri açıqladı
30 iyul 2025
# 13:10

Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə ənənəvi mükafatlarının builki qaliblərini açıqlayıb.

Kulis.az xəbər verir ki, İttifaqın Katibliyinin qərarına əsasən, 2025-ci il üçün mükafata aşağıdakı kinematoqrafçılar layiq görülüblər:

Pərviz Həsənov (rejissor) – “Başlıbel – bir kəndin mühasirə gündəliyi” tammetrajlı sənədli filminin uğurlu rejissor həllinə görə

Daniel Quliyev – “Kinomexanikin qayıdışı” və “Tənha insanın monoloqu” filmlərinin uğurlu vizual həllinə görə

Səbuhi Atababayev – “Tağıyev: Neft” və “Bəlkə də” tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə

Fehruz Şamıyev – Beynəlxalq film festivallarının təşkili və kinematoqrafiyamızın beynəlxalq əlaqələrinin inkişafındakı xidmətlərinə görə

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənən yaradıcı şəxslərə təqdim olunur. Mükafatın əsas məqsədi – milli kinoda müsbət tendensiyaları təşviq etmək, diqqət mərkəzinə çəkmək və il ərzində fəaliyyət göstərmiş şəxsləri stimullaşdırmaqdır.

Laureatların seçimi zamanı İttifaqın katibliyi ötən kino mövsümündəki prosesləri diqqətlə müşahidə və təhlil edir, müxtəlif sahələrdə fərqlənən sənət adamlarını açıq səsvermə yolu ilə müəyyənləşdirir.

Xatırladaq ki, bu günə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatına layiq görülmüş şəxslər arasında Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, rejissor Nazim Rza İsrafiloğlu, aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissorlar Murad İbrahimbəyov, Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova, rejissor İlkin Yusif, animator Rəşid Ağamalıyev, prodüserlər İntiqam Hacılı, Əli-Səttar Quliyev, Emil Nəcəf, Orxan Mərdan, aktyor Rasim Cəfər və digər peşəkarlar yer alıb.

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

14:16 12 mart 2026
“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

14:00 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər