Çingiz Aytmatovun romanlarındakı səhnələr keçə üzərində

Çingiz Aytmatovun romanlarındakı səhnələr keçə üzərində
31 iyul 2025
# 11:46

Çingiz Aytmatovun romanlarındakı səhnələr keçə üzərində sənət əsərinə çevrilir.

Kulis.az xəbər verir ki, qırğızıstanlı sənətkar Svetlana Şeişeeva Çingiz Aytmatovun əsərlərindən ilham alaraq ənənəvi keçə sənəti ilə tablolar yaradır.

Onun bu əsərləri İstanbulda Böyükçekmece Bələdiyyəsinin təşkil etdiyi 26-cı Beynəlxalq Mədəniyyət və Sənət Festivalında "Əməyi sevgiylə yaradan əllər" adlı beynəlxalq əl sənətləri sərgisində nümayiş etdirilib.

Sənətkar uşaqlıq illərindən etibarən Çingiz Aytmatovun kitablarını oxuduğunu bildirib: "Çingiz Aytmatov bizim üçün böyük bir insandır. Hər kəs onun əsərlərini tanımalıdır. Onun kitablarında fotoşəkil görmək mümkün deyil, amma fikirlərini çatdırmaq üçün keçə ilə tablolar yaratdıq. Aytmatovun kiçik oğlu və gəlini əsərlərimi gördükdə çox bəyəndiklərini söylədilər."

Daha əvvəl yazıçının "Ağ gəmi","Torpaq Ana" və "Əlvida, Gülsarı" əsərləri üzərində keçə ilə işləmiş olduğunu qeyd edən Şeişeeva Aytmatovun doğumunun 100 illiyi münasibətilə, 2028-ci ilə qədər onun əsərlərindən ilham alaraq keçə ilə böyük tablolar yaratmağı planlaşdırdığını bildirib.

Qırğızıstanda keçə sənəti və xüsusən də Çingiz Aytmatovun əsərləri ilə maraqlanan çox sayda insanın olduğunu ifadə edən sənətkarın əsərləri Çingiz Aytmatov Muzeyində də sərgilənəcək.

Qırğızıstanda əsrlərdir davam edən keçəçilik sənəti, köçərilik mədəniyyətinin ən vacib simvollarından biri olaraq qalır.

Xüsusilə ənənəvi çadırların hazırlanmasında istifadə edilən keçələr, təbii yunun isti su və təzyiqlə işlənməsi ilə əldə edilir. Ənənəvi naxışlarla bəzədilən bu keçələr, həm estetik, həm də funksional xüsusiyyətləri ilə diqqət çəkir.

UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısında yer alan keçəçilik sənəti qadın ustalar tərəfindən nəsildən-nəslə ötürülür.

Qırğız xalqı keçəni yalnız ev əşyaları üçün deyil, həm də geyim, xalça və hədiyyə əşyaları hazırlamaq üçün istifadə edir.

Qeyd edək ki, on illərdə açılan emalatxanalar və təşkil edilən festivallar sayəsində kəçə sənəti həm turizmə, həm də yerli iqtisadiyyata töhfə verir.

# 1613 dəfə oxunub

Oxşar xəbərlər

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər