Birgə Bəyannamə: "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"

"Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans

"Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans

6 iyul 2026
# 14:06

İyulun 6-da Şuşada “Qarabağ” otelində Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, konfransın yekununda "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans iştirakçılarının birgə Bəyannaməsi qəbul olunub.

“Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar” adlı beynəlxalq konfransın iştirakçıları olan müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar Şuşa müzakirələrinin nəticələrinə uyğun olaraq, aşağıdakıları bəyan ediblər:

Mədəni və etnik müxtəliflik, tolerantlıq, multikulturalizm hər bir dövlət üçün milli sərvət olmalıdır. Heç bir xalq etnik və dini mənsubiyyətinə görə alçaldılmamalı, ayrı-seçkiliyə məruz qoyulmamalı, təqib edilməməlidir. İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə beynəlxalq öhdəliklər, UNESCO-nun mədəni müxtəlifliyin qorunmasına dair prinsipləri öz tarixi torpaqlarından qovulmuş, kütləvi qırğınlara, soyqırımılarına, sürgünlərə məruz qalmış, tarixi-mədəni irsini, dilini itirmək təhlükəsi ilə üzləşmiş xalqların fundamental hüquqlarının qorunması üçün işlək alətlərə çevrilməlidir. Müstəmləkəçiliyin müasir formalarının, xalqlara faciə, köləlik və iztirab gətirən addımların qarşısı alınmalıdır. Xalqların etnik və dini mənsubiyyəti cinayət hesab edilməməli, kollektiv cəzalandırmaya səbəb olmamalıdır;

Xalqların milli ləyaqəti və heysiyyəti nəzərə alınmalı, humanizm prinsipləri rəhbər tutulmalı, qarşıdurmaları, toqquşmaları dialoq, əməkdaşlıq, etimad mühiti əvəz etməlidir;

Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır. Rusiya tarixdən ibrət dərsi götürməli, çərkəzlərə və digər xalqlara qarşı soyqırımıları etiraf etməli, onların qanlarını tökənləri qəhrəmanlaşdırmamalıdır, tarixi mövzularda arxiv materialları əlçatan olmalıdır. Rusiyada şovinizm, ksenofobiya ritorikası, “skinhed” dəstələrinin, onların yeni adlar altında, yeni obrazlarda üzə çıxan müxtəlif təzahür formalarının öz mülahizələri əsasında qeyri-ruslara qarşı hücum və təqibləri dayandırılmalıdır;

Etnik və mədəni müxtəlifliyin qorunmasında, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası harmoniya və dialoqun təşviqində Azərbaycanın nümunəvi modeli təqdir olunmalıdır. Azərbaycanın tarixi Şuşa Zəfəri müstəmləkə xalqlarının ən çox ehtiyac duyduğu tarixi ədalətin bərpasının rəmzi kimi nümunə olmalıdır.

# 684 dəfə oxunub

Oxşar xəbərlər

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

Yenilikçi tarzən - Şəhid generalımız Polad Həşimov onun hansı mahnısını çox sevirdi?

10:00 16 avqust 2026
Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər