Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bəyanat yaydı
27 yanvar 2023
# 20:35

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumuna dair Bəyanat yaydı.

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövlətlərindən olan Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı 27 yanvar 2023-cü il tarixində törədilmiş terror aktını şiddətlə qınayır.


Fond Səfirliyin mühafizəsini təmin edərkən həlak olan Orxan Əsgərovun ölümündən sarsıldığını bildirir, onun yaxınlarına dərin hüznlə baş sağlığı verir. Qanlı hücum zamanı yaralanan Səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşlarına acil şəfa diləyir.
Müasir dünyanın ən təhlükəli problemlərindən sayılan terrorizmin insan itkisi, maddi-mənəvi dəyərlərin məhv edilməsi, zorakılığın, inamsızlığın və nifrətin yaranmasına səbəb olduğunu nəzərə alaraq, Fond İran İslam Respublikası tərəfindən bu cinayətin ciddi və hərtərəfli araşdırılmasını, günahkarların ən qısa müddət ərzində cəzalandırılmasını tələb edir.

# 2499 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər