Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Beynəlxalq Musiqi Festivalı keçiriləcək
31 avqust 2022
# 11:20

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Üzeyir musiqi gününün keçirilməsi haqqında” müvafiq Fərmanına uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Milli Musiqi Günü keçirilir. Hər il sentyabrın 18-də Milli Musiqi Günü münasibətilə respublikamızda bir çox konsert, tədbir və sərgilər təşkil olunur.

Kulis.az xəbər verir ki, bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. 18-26 sentyabr tarixlərini əhatə edəcək festival üçün xüsusi konsepsiya işlənib hazırlanıb. Builki festival bir neçə xətt üzrə musiqisevərlərin könlünü oxşayacaq.

Eyni zamanda, bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Şuşa İli”, habelə “Fikrət Əmirovun 100 illiyi” dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda, ölkəmizin digər şəhər və bölgələrində – Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılır.

Builki festivala dünyanın müxtəlif ölkələrindən solistlər, dirijorlar, həmçinin kollektivlər dəvət olunub. Buna misal olaraq ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya, Gürcüstandan səfər edəcək musiqiçiləri qeyd etmək olar.

# 2662 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər