Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar sərgi açılıb

Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar sərgi açılıb
26 avqust 2024
# 11:45

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd edilir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Tükənməz xəzinə - Azərbaycan muğamı” adlı virtual kitab sərgisi və “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, virtual kitab sərgisində bu günün təsis edilməsi tarixi, Azərbaycan muğamlarının təsnifatı, inkişaf mərhələləri haqqında məlumat verilir.

Materialda Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən yerli və beynəlxalq əhəmiyyətli silsilə tədbirlər, 2005-ci ildən davamlı olaraq təşkil edilən “Azərbaycan muğamları” layihəsindən bəhs edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə “Muğam aləmi” toplusu, “Muğam ensiklopediyası”, “Xanəndə Məşədi Qafar Qaryağdı”, “Muğam haqqında əlyazmalar toplusu”, “Azərbaycan xalq çalğı alətləri”, “Azərbaycan muğam fəlsəfəsi” kimi kitabların qısa annotasiyası və “Muğam sənətimizin Mehriban himayədarı”, “Muğam aləminin əlvan rəngləri” kimi məqalələrin yer aldığı dövri mətbuat nümunələri təqdim edilir.

Virtual kitab sərgisində muğam ifalarının yer aldığı “Xarıbülbül” festivalından görüntülər, korifey və müasir muğam ifaçılarının çıxışlarından fraqmentlər nümayiş olunur.

# 1480 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

Səməd Vurğun ona niyə pul verirdi? - Əliağa Vahid haqqında

14:00 1 oktyabr 2026
Gülnar Səmanın   monoqrafiyası çap olundu

Gülnar Səmanın monoqrafiyası çap olundu

13:30 1 oktyabr 2026
Məşhur reper yeni mahnısını anasına həsr etdi

Məşhur reper yeni mahnısını anasına həsr etdi

13:00 1 oktyabr 2026
Üçqat "Qremmi" laureatından yeni albom

Üçqat "Qremmi" laureatından yeni albom

12:30 1 oktyabr 2026
FHN “Şəhərsalma və Memarlıq İli”  ilə bağlı tədbir keçirdi

FHN “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

12:09 1 oktyabr 2026
Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

Məşhur alim ölümündən əvvəl dostuna nə demişdi? – İllər sonra açılan sirr

12:08 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər