Bəxtiyar Xanızadənin seminarı baş tutacaq

Bəxtiyar Xanızadənin seminarı baş tutacaq
4 iyul 2024
# 11:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Nəsildən nəslə teatr” layihəsini təqdim edir.

Kulis.az xəbər verir ki, “Nəsildən nəslə teatr” layihəsi çərçivəsində keçiriləcək tematik seminarın “Öz teatrını yarat” adlı ilk paneli 9 iyul 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq.

Panelin qonağı Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və bədii rəhbəri, Хalq artisti Bəxtiyar Xanızadə gənclərlə teatr işinin təşkilində sosial-iqtisadi və bədii-konseptual aspektlər, ənənə, müasirlik, yeni yaradıcı tendensiyalar və s.mövzularda fikir mübadiləsi aparacaq.

Seminarın keçirilməsində məqsəd nəsilllər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

“Nəsildən nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulur.

# 1618 dəfə oxunub

Oxşar xəbərlər

İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

16:55 13 mart 2026
Yutub  ən böyük media şirkəti seçildi

Yutub ən böyük media şirkəti seçildi

16:30 13 mart 2026
Dünyanın ən varlı məşhurunun adı açıqlandı

Dünyanın ən varlı məşhurunun adı açıqlandı

16:00 13 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:22 13 mart 2026
Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

Gözlərimə doldurmuşam yağışı... - Nüsrət Kəsəmənli

14:15 13 mart 2026
Murad Dadaşov xəstəxanalıq oldu

Murad Dadaşov xəstəxanalıq oldu

12:50 13 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər