“Bəxtiyar” musiqili komediyası yenidən səhnədə

“Bəxtiyar” musiqili komediyası yenidən səhnədə
12 noyabr 2022
# 11:00

Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Qeyd edək ki, Tofiq Quliyevin 105 illiyinə həsr olunan bu səhnə əsəri “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

14:12 27 aprel 2026
“Hər qələmdən bir həyat”  adlı antologiyanın təqdimatı keçirildi

“Hər qələmdən bir həyat” adlı antologiyanın təqdimatı keçirildi

13:54 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər