Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi

Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi
26 aprel 2026
# 15:40

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, şair-publisist, Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecə keçirilib.

Kulis.az xəbər verir ki, yubiley mərasimi şairin yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. 96 yaşlı Xalq şairi Nəriman Həsənzadənin yubilyara ünvanladığı təbrik hamını təsirləndirib.

AYB-nin sədr müavini Rəşad Məcid çıxışında bildirib ki, Barat Vüsal bu gün Azərbaycanın görkəmli şairlərindən biridir: "Anar müəllimin təbirincə desək, onun şairliyi öz yerində... Bizi razı salan məsələlərdən biri də Barat Vüsalın uzun illərdir yazıçıların Qazax bölməsinə layiqincə rəhbərlik etməsidir".

Yubilyarın həm şair, həm bölmə rəhbəri kimi fəaliyyətini, yaradıcılığını yüksək qiymətləndirən Rəşad Məcid ona Azərbaycan Yazıçılar Birliyinin xüsusi diplomunu təqdim edib.

Milli Məclisin üzvü Səməd Seyidov şairin yaradıcılığının çoxşaxəli olduğunu vurğulayıb, özünün də, sözünun də təsir gücündən danışıb, onu təkcə görkəmli şair kimi yox, həm də tanınmış ictimai xadim kimi səciyyələndirib.

Tədbirdə Barat Vüsalın “Şuşanı alan oğullar” şeirinə gənc bəstəkar-müğənni Arif Mehmandostun yeni bəstələdiyi mahnı təqdim olundu.

Ədəbi-bədii gecədə Məhərrəm Qasımlı, Rüstəm Kamal, Əsəd Cahangir, Məti Osmanoğlu və Qazax XİB-nin sədri, professor İlham Pirməmmədov şairin yaradıcılığına xalqımızın və dövlətimizin yüksək dəyər verməsindən söz açıblar. İlham Pirməmmədov yubilyarı Səməd Vurğunun adını daşıyan xüsusi diplomla təltif edib.

Tədbirdə aşıqlar Avdı Musayev, Şaiq İncəli, Cahangir Gədəbəyli, İlqar Qələmçili və Şahin Süleymanovun ifasında şairin şeirlər səsləndirilib, AYB-nin Poeziya sektorunun rəhbəri, şair İbrahim İlyaslı şairə həsr etdiyi şeiri oxuyub.

Gənc Tamaşaçılar Teatrının aktyoru Kərəm Hadıyev, şeirsevərlərdən Ayna Səs, Səbinə Yusif və şairin nəvəsi Aymən Əsədzadə şairin yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda Barat Vüsal bu tədbirin baş tutmasında yüksək qayğı və diqqətə görə Prezident Administrasiyasına, Mədəniyyət Nazirliyinə, AYB rəhbərliyinə, Qazax XİB-nə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib, yeni şeirlərini oxuyub.


# 1858 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər