Bakıda “Mirvarid Dilbazi Poeziya” dərnəyi açıldı

Bakıda “Mirvarid Dilbazi Poeziya”  dərnəyi açıldı
4 mart 2026
# 12:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Vəli Məmmədov adına Mədəniyyət evində əlamətdar hadisə baş tutdu. Müəssisənin nəzdində “Mirvarid Dilbazi Poeziya” dərnəyinin rəsmi açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya” dərnəyinin rəhbəri Güllü Eldar Tomarlı bildirib ki, yeni yaradılan dərnəyin əsas məqsədi Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin zəngin ədəbi irsini və sənət ənənələrini qoruyub saxlamaq, eyni zamanda gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılıq və sevgi aşılamaqdır. Dərnək təkcə ədəbi müzakirələrlə məhdudlaşmayaraq, milli sənət nümunələrinin təbliğini də ön plana çəkir.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qeyd edib ki, dərnəyin açılışı milli dəyərlərimizin təbliği, mədəniyyətimizin inkişafı yolunda böyük addımdır. Onun sözlərinə görə, növbəti Kəlağayı Festivalının da Xətai rayonunda keçirilməsi planlaşdırılır.

Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, YAP Xətai rayon təşkilatının sədri Ramin Mirzəyev, Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və başqaları çıxış edərək dərnəyin işinə uğurlar arzulayıblar.

Dərnəkdə “Kəlağayı ev muzeyi”nin bütün eksponatları, yaşı əsrlərə söykənən 200 qədimi və müasir kəlağayılar, müxtəlif yaradıcılıq sahələri üzrə sənət nümunələri nümayiş etdirilib.

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər