Bakıda "I Turan Kitab Festivalı" keçiriləcək

Bakıda "I Turan Kitab Festivalı" keçiriləcək
7 yanvar 2023
# 15:30

11-15 yanvar 2023-cü il tarixlərində "Çapar yayınları"nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilati dəstəyi Bakıda "I Turan Kitab Festivalı" keçiriləcək.

Kulis.az xəbər verir ki, festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edəcək. Müəllif masaları və uşaqlar üçün masterklaslar festivala rəng qatacaq.

"I Turan Kitab Festivalı"nda kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.

Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab şölənində zamanınızı səmərəli keçirməyə kömək edəcək.

Qeyd edək ki, “Pasaj-1901” sərgi salonunda olacaq festivala giriş sərbəstdir.

# 2937 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər