Bakıda 317 minlik dələduzluq: Xalq artistinin kürəkəni tutuldu

Bakıda 317 minlik dələduzluq: Xalq artistinin kürəkəni tutuldu
4 aprel 2026
# 14:03

Bakıda qızıl satışı adı ilə 317 minlik dələduzluq edənlə bağlı yeni fakt məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan R.Qasımzadə mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkənidir.

***
13:15

Bakıda zərərçəkmişin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməldə təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, zərərçəkmişə geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini bildirməklə onun etibarını qazanıb. Daha sonra saxlanılan şəxslər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su Nəqliyyatında Polis İdarəsində aparılıb.

Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Bakıda 317 minlik  DƏLƏDUZLUQ: Xalq artistinin kürəkəni  TUTULDU

# 1136 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər