Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı

Bakı Psixologiya Mərkəzi uşaq sığınacaqları ilə əməkdaşlığa başladı
6 avqust 2025
# 14:16

Uşaq sığınacaqlarında psixososial dəstəyin göstərilməsi üçün əməkdaşlıq memorandumu imzalanıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Bakı Psixologiya Mərkəzi “Azərbaycan Uşaqları” İctimai Birliyi və “Ümid Yeri” Uşaq Sığınacağında xidmət alan uşaq və yeniyetmələrə sosial-psixoloji dəstəyin göstərilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalayıb.

Memoranduma əsasən, Bakı Psixologiya Mərkəzi tərəfindən uşaq sığınacaqlarında dörd ay müddətində bir sıra psixoloji və sosial dəstək yönümlü fəaliyyətlər həyata keçiriləcək.


Layihə rəhbəri psixososial rifah və inteqrasiyanın əhəmiyyətini vurğulayıb

Tədbirdə layihə rəhbəri, uzman psixoloq və psixoterapevt Nərmin Osmanlı bu kimi təşəbbüslərin həssas əhali qruplarının psixososial rifahının yaxşılaşdırılmasına, həmçinin cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə xidmət etdiyini bildirib:

“Bu çərçivədə uşaqlar üçün fərdi və qrupla psixoloji konsultasiyalar, emosiyaların ifadə edilməsi və tənzimlənməsi, cinsi təlim və məhrəmiyət, sosial bacarıqlar, gələcəklə bağlı qərar vermə, stressin idarə olunması, zorakılıqla mübarizə kimi bir çox mövzuda psixotəlim qruplarının həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, uşaqların bioloji ailələrlə bağlarının yaradılması və reinteqrasiyası, icmaya inteqrasiyası, təhsil, səhiyyə və digər ehtiyaclarının qarşılanması üçün aidiyyatı qurumlar və mütəxəssislərlə əlaqələndirilməsi kimi sosial tədbirlər nəzərdə tutulur. Eyni zamanda sığınacaq əməkdaşları – psixoloq, sosial işçi, müəllim və tərbiyəçilərin uşaqlarla iş potensialını gücləndirmək üçün təlimlər və superviziyalar həyata keçiriləcək”.


Layihənin uzunmüddətli məqsədi xidmət keyfiyyətinin artırılmasıdır

Layihənin uzunmüddətli prioritetlərindən biri də uşaq sığınacaqlarında göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə standartların müəyyən edilməsi, təlimatların və alətlərin hazırlanması, həmçinin kadr potensialının gücləndirilməsidir.


“Ümid Yeri” İctimai Birliyinin sədri: “Daha çox insana ümid veriləcək”

“Ümid Yeri” İctimai Birliyinin sədri Nigar Mənsimova tədbirdə çıxış edərkən qeyd edib ki, bu mərkəz ehtiyacı olan şəxslər üçün çox faydalı olacaq:

“Burada çalışan gənc psixoloqlar və sosial işçilər öz potensial güclərini sərf edərək insanlara ümid bəxş edəcəklər.

“Ümid Yeri” uşaq sığınacağında yaşayan, eləcə də gələcəkdə daxil olacaq psixoloji dəstəyə ehtiyacı olan uşaqlar, yeniyetmələr, gənclər və körpə uşaqlı gənc analar da bu xidmətdən yararlanacaqlar.

Bu gün Bakı Psixologiya Mərkəzi ilə “Ümid Yeri” uşaq sığınacağı arasında rəsmi memorandum imzalanıb. Bu addım hər iki təşkilat üçün böyük məsuliyyət olmaqla yanaşı, həm də yeni imkanlar yaradır. Hesab edirəm ki, bundan sonra birgə fəaliyyət çərçivəsində daha mükəmməl işlər görüləcək, daha çox insana ümid veriləcək. Bakı Psixologiya Mərkəzinin və “Ümid Yeri” uşaq sığınacağının verəcəyi dəstək sayəsində daha yaxşı nəticələr əldə olunacaq. İnsanlar gələcəklə bağlı yeni imkanlar qazanacaqlar”.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri: “Əməkdaşlıq böyük uğurlara yol açacaq”

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə imzalama mərasimində çıxışı zamanı bildirib ki, bu memorandum birliyin nəzdində sosial sığınacaq xidməti olaraq fəaliyyət göstərən uşaq sığınacağı üçün olduqca əhəmiyyətlidir:

“Bu gün “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə Bakı Psixologiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bu memorandum birliyin nəzdində sosial sığınacaq xidməti olaraq fəaliyyət göstərən uşaq sığınacağı üçün olduqca əhəmiyyətlidir.

Uşaqların qiymətləndirilməsi, psixodiaqnostikası, onlarla fərdi iş planlarının hazırlanması, təlimatların tərtib olunması, qrup işlərinin təşkili, fəaliyyətlərinin monitorinqi və digər sahələr üzrə Bakı Psixologiya Mərkəzində geniş və məqsədyönlü işlər görüləcək. Bu əməkdaşlıq böyük uğurlara yol açacaq.


Uşaq hüquqlarının müdafiəsində birgə fəaliyyət çağırışı

Bu gün bizim məqsədimiz yalnız bir təşkilatla məhdudlaşmır. Reabilitasiya mərkəzləri, sığınacaqlar və bu sahədə xidmət göstərən digər müəssisələrin fəaliyyətini daha da inkişaf etdirmək, keyfiyyətini artırmaq üçün birlikdə çalışmağa ehtiyac var. Bu istiqamətdə ixtisaslaşmış kadrların və qurumların potensialının artırılması da əsas hədəflərimizdəndir.
Eyni zamanda, "Ümid Yeri" Uşaq Sığınacağı da bu memoranduma qoşulur. Fəaliyyət sahələrimiz bir-birinə bənzəsə də, bu gün əsas məqsədimiz uşaq hüquqlarının müdafiəsini daha da təkmilləşdirməkdir. Bu baxımdan hər iki təşkilata – həm Bakı Psixologiya Mərkəzinə, həm də “Azərbaycan Uşaqları” İctimai Birliyinə uğurlar arzulayıram. Bu əməkdaşlığın uzunmüddətli və faydalı olacağına inanıram”.


# 87 dəfə oxunub

Oxşar xəbərlər

“Oasis”in konsertindəki faciəyə görə yardım kampaniyası  başlandı

“Oasis”in konsertindəki faciəyə görə yardım kampaniyası başlandı

17:33 6 avqust 2025
Kopenhagendəki məşhur dəniz qızı heykəli söküləcək

Kopenhagendəki məşhur dəniz qızı heykəli söküləcək

17:16 6 avqust 2025
Köhnə odunluqda əsrarəngiz kəşf: 600 illik sirr açıldı

Köhnə odunluqda əsrarəngiz kəşf: 600 illik sirr açıldı

16:20 6 avqust 2025
Məşhur pop ulduzu Cenifer Lopez İstanbulda

Məşhur pop ulduzu Cenifer Lopez İstanbulda

16:08 6 avqust 2025
“Greenland: Köç” filminin nümayiş tarixi  açıqlandı

“Greenland: Köç” filminin nümayiş tarixi açıqlandı

15:48 6 avqust 2025
Gecikmiş uşaqlıq qəzası - Rə­van Cavid

Gecikmiş uşaqlıq qəzası - Rə­van Cavid

15:15 6 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər