Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olundu

Baba Vəziroğluna “Şərəf”  ordeni təqdim olundu
6 fevral 2024
# 18:40

Fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Qeyd olunub ki, şair çağdaş poeziyamızda öz dəst-xəti ilə seçilir. Onun şeirlərinə çoxsaylı mahnılar bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunur.

Ölkəmizdə ədəbiyyat və mədəniyyət xadimlərinə dövlət qayğısından danışan nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahələrin inkişafını diqqətdə saxlayıb, yaradıcı insanlardan öz dəstəyini əsirgəməyib. Hazırda bu siyasət ölkə başçısı tərəfindən uğurla davam etdirilir.

Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.

# 2428 dəfə oxunub

Oxşar xəbərlər

Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

18:19 14 iyul 2026
Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

18:00 14 iyul 2026
Tom Kruz tanınmaz halda

Tom Kruz tanınmaz halda

16:34 14 iyul 2026
Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

16:00 14 iyul 2026
Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

14:30 14 iyul 2026
Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

13:52 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər