Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində
9 iyun 2026
# 17:50

Rusiya Federasiyasının Qərbi Sibir regionunda yerləşən Xantı-Mansi Muxtar Dairəsinin Nefteyuqansk şəhərində azərbaycanlı yazıçı-dramaturq Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanmış "Düzəlmə planetinə səyahət" ("Путешествие на планету исправлений") tamaşasının premyerası olub.

Müəllifin kulis.az-a verdiyi məlumata görə, şəhərin “Yunost” Mədəniyyət Mərkəzində böyük anşlaqla baş tutan premyera izləyicilərin alqışları ilə müşayiət olunub.

Tamaşa Rusiyanın nüfuzlu “Zvezda Teatrala” (“Звезда Театрала”) mükafatının laureatı olan “Çayka” Gənclər Teatr-Studiyası tərəfindən səhnələşdirilib.

Tamaşada studiyanın müxtəlif yaş qruplarını təmsil edən istedadlı aktyorlar çıxış ediblər.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Larisa Miroslavina, tərtibatçı rəssamı Marina Vixrova, işıq rejissoru Sergey Katanenko, səs rejissoru isə Konstantin Fridrixdir. Səhnə arxasında aktyorların və texniki heyətin koordinasiyasını rejissor köməkçiləri Mixail Nefedov və Violetta Proxorova həyata keçiriblər.

Qeyd edək ki, “Pis uşaqlar planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Sankt-Peterburq, Vıborq, Yamal və Omskda uğurla səhnələşdirilərək tamaşaçılara təqdim olunub.

# 647 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər