Azərbaycanlı bloqer Rusiyada federal axtarışa verildi

Azərbaycanlı bloqer Rusiyada federal axtarışa verildi
28 iyul 2025
# 11:40

Rusiyada “Subo” ləqəbli azərbaycanlı bloqer Sübhan Məmmədova qarşı Cinayət Məcəlləsinin “vergi ödəməkdən yayınma” və “qeyri-qanuni yollarla əldə olunan pul vəsaitlərinin leqallaşdırılması” maddələri ilə qiyabi ittiham irəli sürülüb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, onun atası və qardaşı da eyni cinayət əməllərinin törədilməsində təqsirləndirilir.

Onun barəsində federal axtarış elan edilib. İstintaqın versiyasına görə, onlar 2020-2022-ci illər ərzində yaratdıqları vergidən yayınma sxeminin köməyi ilə 50 milyon rubl məbləğində vəsaiti Rusiyanın dövlət büdcəsinə ödəməkdən yayınıb.

Adıçəkilən şəxslər, həmçinin cinayət yolu ilə əldə edilmiş 10 milyon rubl məbləğindəki vəsaiti bahalı avtomobilin alınmasına sərf ediblər. Onların üzərinə 20 milyon dollar məbləğində cərimə və dəbbə pulu ödənilməsi öhdəliyi də qoyulub.

İndiyədək həmin məbləğin 9 milyon rublunun büdcəyə qaytarıldığı açıqlanıb.

# 1537 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər