Azərbaycan ilk dəfə Asiyanın ən böyük TV, yayım və film marketində

Azərbaycan  ilk dəfə Asiyanın ən böyük TV, yayım və film marketində
15 mart 2024
# 10:30

Mədəniyyət Nazirliyi 11-14 mart 2024-cü il tarixində Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunur.

Kulis.az xəbər verir ki, Honkonq Ticarət İnkişafı Şurası (HKTDC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən FILMART Bazarında 41 ölkədən və regiondan istehsal, distribüsiya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edir.

Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirib.

# 1702 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

18:00 10 mart 2026
Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

Muğam Mərkəzində Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq

17:30 10 mart 2026
Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı

17:00 10 mart 2026
“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

“Aktrisa heç bir yerini şişirtməli deyil” – Gülşad Baxşıyeva ilə müsahibə

16:02 10 mart 2026
Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

Romantizmin üsyankar nəzəriyyəçisi - O, Avropanın gələcəyini necə təsəvvür edirdi?

16:00 10 mart 2026
“CHARACTERS 2026”  pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

“CHARACTERS 2026” pyes müsabiqəsi qaliblərinin adı açıqlandı

15:30 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər