Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?

Atasından gizli rus gimnaziyasına verilən mühacir... - İran şahı hansı әsәrinә görә ona qiymətli üzük bağışlamışdı?
9 fevral 2026
# 10:00

Kulis.az İradə Əliyevanın “Təzadlar dövrünün böyük ziyalısı” yazısını təqdim edir.


Əhmәd bәy Mirzә Hәsәn oğlu Ağayev (Ağaoğlu) 1869-cu ildә әzәli vә әbәdi Azәrbaycan torpağı olan Qarabağda, gözәl Şuşa şәhәrindә dünyaya göz açmışdı.

70 il sonra, 1939-cu ildә isә dünyasını türk torpağında, qәdim İstanbulda dәyişmişdi.

Əhmәd bәy Ağayevin yaşadığı yeddi onillikdә Azәrbaycanda, Qafqazda, Şәrqdә vә ümumiyyәtlә, dünyada hansı siyasi hadisәlәrin baş verdiyini, heç olmasa onların әn әsaslarını xatırlasaq, Şuşada başlanan bu ömrün nә üçün İstanbulda bitmәsinin sәbәblәrini başa düşәrik. Əhmәd bәy haqqında hәlә tam mәlumatımız olmasa belә…

Ə.Ağaoğlunun valideynlәri Qarabağ xanlığının әsasını qoymuş Pәnahәli xanın nәslindәn idilәr. Babası Mirzә İbrahim gözәl xәttat idi, hәmçinin Azәrbaycan vә fars dillәrindә şeirlәr yazırdı. Atası Mirzә Hәsәn vә әmisi Mirzә Mәhәmmәd öz zәmanәlәrinә görә mükәmmәl savad almış, hәm dini, hәm dә dünyәvi elmlәrlә yaxından maraqlanan, әrәb, fars, rus dillәrini bilәn insanlar olmuşlar. Evlәrindә hәmişә dövrün savadlı, irfan әhli toplaşar, dini mövzuda uzun-uzadı söhbәtlәr edәrdilәr.

Tәbii ki, o zaman Azәrbaycan dini hәyatın sıx әhatәsindә idi vә hәmin ailәdә böyüyәn uşaqlar ilk tәhsillәrini dini mәktәblәrdә almalı idilәr. Ə.Ağaoğlu bu barәdә yazırdı: «O zaman Azәrbaycan-türk ailәsindә patriarxal ruh vә әnәnәyә bağlılıq hakim idi. Çox sәrt vә zabitәli bir adam olan böyük әmim Mirzә Mәhәmmәd bütün ailә üzәrindә hakimi-mütlәqdi. Onun hәr sözü bir yerdә yaşayan vә sayı әn azı qırx nәfәrә çatan bütün ailә üçün qanun idi. Mirzә Mәhәmmәd çox tәәssübkeş vә dindar adamdı».

Sonralar xatirәlәrindә bu cür tәsvir etdiyi әmisinin tәkidi ilә müctәhid olmağa hazırlaşdırılan Əhmәd bәy әvvәlcә mollaxanada oxuyur. Lakin anası vә şәhәr bәlәdiyyә idarәsi rәisinin müavini olan dayısı bu zәkalı uşağın mollaxana tәhsili ilә çox da uzağa gedә bilmәyәcәyini dәrk edәrәk onu atasından vә Mirzә Mәhәmmәddәn gizli rus gimnaziyasına verirlәr. Gimnaziyada o, dünyәvi elmlәrә yiyәlәnmәklә yanaşı, hәyata baxışını da formalaşdırır.

Belәliklә, Əhmәd bәy Ağayev әvvәlcә Şuşada rus mәktәbindә, sonra Tiflis gimnaziyasında oxuyur. Oranı bitirdikdәn sonra Peterburqa gedib dövrün aparıcı ali tәhsil ocaqlarından olan Mühәndis Texniki İnstitutuna imtahan verir. Lakin sonuncu fәndәn – triqonometriyadan lazımi bal toplaya bilmәdiyindәn Peterburqa әlvida deyir vә Parisә yollanmaq qәrarına gәlir. Parisdә Əhmәd bәy hüquq mәktәbini vә Sorbonna Universitetini bitirir.

Bu illәrdә Şәrq xalqlarının tarixini, әrәb, fars vә türk dillәrini mükәmmәl öyrәnir, 1890-cı ildә Şәrq fәlsәfәsinә vә әdәbiyyatına dair ilk elmi mәqalәsini nәşr etdirir. Belәliklә dә onun publisist kimi fәaliyyәtinә yol açılır vә bunun ardınca Əhmәd bәyin müxtәlif mәcmuәlәrdә yazıları dәrc edilir. O, Praktik Ali Tәdqiqatlar Mәktәbindә «Avesta»nın mәşhur tәdqiqatçısı C.Darmstaterin «Şәrq xalqlarının tarixi», Şәrq Dillәri Mәktәbindә isә Şeffer vә Barbye de Meynarın әrәb, fars vә türk dillәrinә dair mühazirәlәrini dinlәyir. C.Darmstater onu Parisin elmi vә әdәbi ictimaiyyәtinә tәqdim edir. Xatirәlәrindә yazır ki, «…professor C.Darmstaterin sevgisini qazandım. O, haqqımda unudulmaz lütf vә inayәtlәr göstәrmәyә başladı. Mәni evinә dәvәt etdi... Paris әdiblәri arasında xüsusi mövqe qazanmış Mari Robinzona tәqdim etdi» (V.Quliyev. «Ağaoğlular», Bakı, 1997). 1892-ci ildә 23 yaşlı Əhmәd bәy Ağayev Londonda keçirilәn Beynәlxalq Şәrqşünaslıq Konqresindә iştirak edir.

Onun «Şiә Əhmәd bәy Ağayev mәzhәbinin mәnbәlәri» mövzusunda yüksәk sәviyyәli mәruzәsi nümayәndәlәr tәrәfindәn bәyәnilir, konrqesin qәrarı vә Kembric Universitetinin vәsaiti ilә hәmin mәruzә bir neçә Qәrb dillәrindә nәşr olunur. Bu әsәrә görә İran şahı ona firuzә qaşlı üzük bağışlayır. Əhmәd bәy çәtin vә keşmәkeşli hәyat yolları ilә irәlilәmәyә başlayır. Bu yolları ardıcıllıqla, mәrhәlә-mәrhәlә izlәmәdәn, öyrәnmәdәn Ağaoğlu haqqında tam tәsәvvürә malik olmaq vә onu kimәsә tanıtmağa çalışmaq mümkün deyil.

Belәliklә, hәyatın Fransa dövrü. Bu dövr onun fikri inkişafında mühüm bir mәrhәlә tәşkil edir. Burada o, tәkcә Qәrbi deyil, Şәrqi dә «kәşf edir». 1890-cı ildә Ə.Ağaoğlu fransız dilini artıq mükәmmәl bilirdi. Fransa mәtbuatında Şәrq, Şәrq fәlsәfәsi vә İslam dini ilә bağlı maraqlı mәqalәlәrlә çıxış edirdi. Parisdә o, mәşhur filosof vә mütәfәkkir Şeyx Cәmalәddin Əfqani ilә tanış olur. Ədib xatirәlәrindә yazır: «İslam alәminin mütәfәk - kir lәrindәn Cәmalәddin Əfqani Parisdә olarkәn mәnim sadә evimi başqalarının zәngin saraylarından üstün tutmuşdu vә hәftәlәrlә bir yerdә qalmışdıq».

Bu tanışlıq onun dünya görüşünә, ictimai-elmi fәaliyyәtinә güclü tәsir göstәrmişdi. Paris hәyatı 6 il davam edir vә 1894-cü ildә atasının ölüm xәbәrini eşidәn Ağaoğlu İstanbul yolu ilә vәtәninә qayıdır. Müasiri vә qohumu olan Yusif Vәzir Çәmәnzәminli Ağaoğlunu belә xatırlayırdı: «İslam vә türk tarixinә hәr kәsdәn artıq vaqif idi… Mәclisdә danışanda heç bir molla cәsarәt edib onun fikirlәrinә qarşı çıxa bilmirdi. Əhmәd bәy sәrt vә әsәbi bir adamdı, bilxassә bәylәrin qudurğanlıqlarına dözә bilmәzdi, onlarla bir mәclisdә qarşı-qarşıya gәldimi, hәmişә dalaşardı, hәmişә dә tapançasını hazır saxlardı».

Əhmәd bәy hәm dә islamşünas vә şәrqşünas kimi püxtәlәşmәkdә idi. Lakin vәtәnindә onu hәlә yaxşı dәrk edә bilmirdilәr. 1896-cı ildә o, Şuşaya gedir vә realnı mәktәbdә fransız dili müәllimi işlәyir, qiraәtxana-kitabxana açır, ilk teatr tamaşaları tәşkil edir. Bir sözlә, Şuşada yaşadığı üç il müddәtindә hәmyerlilәri arasında milli şüuru oyatmaq üçün әlindәn gәlәni әsirgәmir. Müqabilindә isә «Firәng Əhmәd» lәqәbi qazanır.

Ümumiyyәtlә isә Ağaoğlu istedadı bir şәhәrin, bәlkә dә bir mәmlәkәtin sәrhәdlәri daxilinә sığa bilmәzdi. O, daha geniş miqyas tәlәb edirdi. Hәlә 1894-cü ildә Azәrbaycana qayıdarkәn o, «Mәşriq» adlı qәzet buraxmaq üçün hökumәtdәn icazә istәmiş, lakin xahişi yerinә yetirilmәmişdi.

1897-ci ildә böyük mesenat Hacı Zeynalabdin Tağıyev onu Bakıya dәvәt edir. Burada realnı mәktәbdә fransız dilindәn dәrs deyir, «Kaspi» qәzeti ilә әmәkdaşlıq edir, 1898-1907-ci illәrdә qәzetә Əlimәrdan bәy Topçubaşov redaktorluq edәndә Ə.Ağaoğlu әdәbiyyat şöbәsinin müdiri olur. Əhmәd bәy bu qәzetdә tarixi faktlara әsaslanan tәәssübkeş mәqalәlәrlә çıxış edirdi. Türk xalqlarının, müsәlmanların birliyi ideyasını müdafiә edirdi.

Bu mәqalәlәr tuşlandıqları hәdәfә – bütün Yaxın vә Orta Şәrqi öz nüfuz dairәsi altına salmağa sәy göstәrәn çar Rusiyasının mәmurlarına vә bu işdә onların sadiq «silahdaşları» olan ermәnilәrә bütün kәskinliyi ilә çatırdı. Ermәnilәr Əhmәd bәy Ağaoğlunun ciddi bir qüvvә olduğunu, Azәrbaycan türklәrini birlәşmәyә çağırdığını vә sözünün kәsәrliyini yaxşı dәrk edirdilәr. Ona görә dә 1895-ci ildәn başlayaraq rus vә ermәni şovinistlәri «alyans» yaradaraq Ə.Ağaoğlunu zәrәrsizlәşdirmәyә çalışırdılar.

1905-ci ildә ermәni-daşnak quldurlarının çarizmin fitvası ilә Azәrbaycan xalqına qarşı törәtdiyi soyqırımları Əhmәd bәy Ağaoğlunun yazılarının әsas mövzularından idi. O, faciәnin әsl günahkarlarını – çar hakimiyyәtinin iç üzünü qәlәminin gücü ilә açıb göstәrirdi. Qafqaz canişininin milli qırğınların kәskinlәşmәsi ilә әlaqәdar 1906-cı il fevralın 20-dә çağırdığı «barışdırıcı qurultay»da Əlimәrdan bәy Topçubaşov, Qara bәy Qarabәyov, İsgәndәr bәy Hacınski vә Əhmәd bәy Ağaoğlu birlikdә Bakı şәhәrinin ali sosial tәbәqәlәrinin nümayәndәlәri kimi iştirak etmiş vә Azәrbaycan tәrәfinin proqramını sәslәndirmişdilәr. Əhmәd bәy Ağaoğlu qurultaydakı çıxışında xalqların hüquq bәrabәrliyinin tәmin edilmәsini, Azәrbaycan xalqına qarşı milli qırğınlara dәrhal son qoyulması üçün «Daşnaksutyun» partiyasının vә digәr ermәni tәşkilatlarının buraxılmasını tәlәb etmişdi. Bildirmişdi ki, әks halda müdafiә olunmaq üçün Azәrbaycan tәrәfinә dә ordu yaratmağa icazә verilmәlidir.

Hәlә «Kaspi»dә dәrc etdirdiyi «Müsәlman söhbәtlәri», «Müsәlman xalqlarının vәziyyәti» silsilә mәqalәlәrindә, «İslama görә vә İslam alәmindә qadın», «İslam, axund vә hati - fülqeyb» kitablarında Əhmәd bәy müsәlman xalqlarının düşdüyü acınacaqlı vәziyyәti tәhlil edir vә bunun sәbәblәrini açıqlayırdı. Ayrı-ayrı şair, mütәfәkkir, alimlәr haqqında maraqlı yazılarla çıxış edirdi. Bu dövrdә Mәhәmmәd ağa Şahtaxtlının Tiflisdә nәşr etdirdiyi «Şәrqi-Rus» qәzetindә, hәmçinin Kәlküttә vә Qahirә mәtbuatında da Ağaoğlunun yazıları çıxırdı. Jurnalistlik fәaliyyәti ilә yanaşı, «Nicat», «Nәşri-maarif», «Sәadәt» kimi xeyriyyә cәmiyyәtlәrinin tәşkilindә vә işindә fәal iştirak edirdi.

1905-ci ilin iyun ayından Ağaoğlu Əli bәy Hüseynzadә ilә birlikdә Azәrbaycanda millәtçilik düşüncәsinin formalaşmasında mühüm rol oynamış «Hәyat» qәzetinә redaktorluq edir. Hәmin il dekabrın 19-dan «İrşad» qәzetini, 1907-ci ildә isә eyni zamanda rus dilindә «Proqress» qәzetini nәşr etdirir. 1908-ci ilin iyunundan «Tәrәqqi» qәzetini çıxarmağa başlayır vә Türkiyәyә gedәnә qәdәr onun naşiri olur. Bu mәtbuat orqanları içәrisindә «İrşad» xüsusi yer tuturdu. Mirzә Əlәkbәr Sabir, Abbas Sәhhәt, Nәcәf bәy Vәzirov, Nәriman Nәrimanov, Əli bәy Hüseynzadә, Ömәr Faiq Nemanzadә, Sultan Mәcid Qәnizadә, Abdulla Sur, Firidun bәy Köçәrli vә digәr görkәmli qәlәm sahiblәri, millәt vә vәtәn tәәssübkeşlәri «İrşad»ın әtrafında toplaşmışdılar.

Qәzetin hәr nömrәsindә Ü.Hacıbәylinin dövrün kәskin problemlәrinә hәsr olunmuş mәqalә vә felyetonları dәrc olunurdu. Tәbii ki, әsas ağırlıq baş redaktorun üzәrinә düşürdü. Ə.Ağaoğlu «İrşad»ı ümummilli qәzetә çevirmәk, abunәçilәrini artırmaq, genişlәndirmәk istәyirdi. Professor Əziz Mirәhmәdov yazırdı ki, «Əhmәd bәy Ağayev «İrşad»da bütün jurnalistlik mәharәtini, şәrqşünaslıq biliyini, siyasi mütәfәkkir simasını nümayiş etdirmişdir». Hәm rus, hәm dә Azәrbaycan dillәrindә yazdığı mәqalәlәrdә Ə.Ağaoğlu tәkcә publisist kimi deyil, hәm dә tәnqidçi, әdәbiyyat tarixçisi, teatrşünas vә etnoqraf kimi çıxış edirdi.

Qәlәm vә mәslәk dostu Yusif Akçura deyirdi ki, «Əhmәd bәy asanlıqla vә çox yaza bilmәk kimi fövqәladә bir istedada malik idi. Türkcә, fransızca, rusca eyni hәvәslә yazırdı. Hәtta fars dilindә dә yazmışdı. Özü isә zarafatla deyәrdi ki, hәyatım boyu yazdığım mәqalәlәrin hamısı bir araya toplansa, Bakıdan İstanbula qәdәr bir geniş yol ortaya gәlә bilәr». Amma sözün doğrusunu elә zarafatla deyirlәr. 1908-ci ildә Əhmәd bәyә qarşı Bakıda törәdilәn fitnәkarlıqlar isә zarafatdan çox uzaq vә acı hәqiqәt idi. Hәmin ilin әvvәllәrindә Ə.Ağaoğluya «dәrs vermәk» üçün Bakının İctimai yığıncaqlar salonunda (filarmoniyanın binasında) onu muzdla tutulmuş qoçulara döydürürlәr. O, hәyatının hәmin çәtin günlәrini belә xatırlayırdı: «Şiddәtli tәqib edilәnlәr arasında idim. İş elә bir dәrәcәyә çatmışdı ki, artıq daha izzәti-nәfsimin deyil, ailәmin sakitliyi vә salamatlığı tәhlükә altına düşmüşdü. 1908-ci ildә Türkiyәdә inqilab olmuşdu. Tanıdığım bәzi şәxslәr iş başına gәlmişdilәr. Digәr tәrәfdәn, Qafqaz canişini vәzifәsinә tәyin olunmuş Vorontsov-Daşkov mәni necә olursa-olsun hәbs etdirib sürgünә göndәrmәyә qәrar vermişdi. Bunu eşidәn kimi mәn getmәyә qәrar verdim».

1909-cu ilin ortalarında Əhmәd bәy sürgündәn can qurtarmaq üçün Türkiyәyә yollanır. Amma onu izlәyәn taleyindә hәlә çox sürgünlәr olacaqdı. Əhmәd Ağaoğlu Bakıda başladığı jurnalistlik işini vә ictimai-siyasi fәaliyyәtini İstanbulda da eyni hәvәslә davam etdirirdi. O, tezliklә Əli bәy Hüseynzadә, Ziya Göyalp, Yusif Akçura, Hәmdulla Sübhi, Mehmet Əmin Yurdaqul ilә bir sırada türkçülük hәrәkatının liderinә çevrilir. «Xalqa doğru» vә «Sirati-müstәqim» qәzetlәrindә mütәmadi çıxışlar edir.

1911-ci ildә İstanbulda yaradılan «Türk yurdu» cәmiyyәtinin başlıca tәsisçilәrindәn vә tәşkilatçılarından, az sonra tәşәkkül tapan «Türk ocağı»nın isә dörd qurucusundan biri olur. Hәmçinin «Tәrcümani-hәqiqәt» qәzetinin redaktoru kimi fәaliyyәt göstәrir. Bu mәmlәkәtә tәzә gәlmәsinә baxmayaraq, çoxşaxәli fәaliyyәti Əhmәd bәyi tezliklә hörmәtli bir şәxsә çevirir. Azәrbaycan әsilli türklәrin yaşadığı Afyon – Qarahisardan Osmanlı parlamentinә deputat seçilir. Ə.Ağaoğlu bütün bunlarla yanaşı, İstanbul Universitetindә rus dili vә әdәbiyyatından dәrs verir. Türkiyәdәn Rusiyanın türklәr yaşayan bölgәlәrinә müәllimlәr göndәrilmәsini tәşkil edir.

Xatırladaq ki, hәlә Azәrbaycanda olarkәn Əhmәd bәy xalqın hüquqlarını qorumaq mәqsәdilә 1906-cı ildә «Difai» partiyasını yaratmışdı. O, Bakı müsәlman sahibkarlarının xahişi ilә iki dәfә şәxsәn II Nikolayın vә onun nazirlәrinin qәbuluna getmiş, Rotşild, Nobel kimi neft maqnatlarının sәrvәtlәrimizә sahib olmasına maneçilik etmәk istәmişdi. Bu sәfәrlәrin sayәsindә azәrbaycanlıların Bakı әtrafındakı neftli torpaqlardan köçürülmәsi dayandırılmışdı. Onun tәbiәtindәki narahatlıq, qaynarlıq övladlarının vә müasirlәrinin xatirәlәrindә dә özünü aydın göstәrir.

Mәsәlәn, qızı Sürәyya xanım öz xatirәlәrindә yazır: «Ailә hәyatımızda hamımıza çox tәsir edәn bir müvazinәt vardı. Anam son dәrәcә sakit, yumşaq tәbiәtli, atam isә intizamlı, hәr şeylә maraqlanan, tez özündәn çıxan insanlardandı. Atam süfrәdә duzqabının yerinin dәyişdirilmәsinә belә razı olmazdı. Hirslәndiyi zaman anam heç vaxt dәrhal cavab vermәz, amma ertәsi gün ötәri hәmin mövzuya toxunar, atam da dәrhal öz davranışına görә sıxılardı».

Qürbәtdә yaşamasına baxmayaraq, Əhmәd bәy Ağaoğlu vәtәni ilә әlaqәni heç vaxt kәsmәmişdi. 1915-ci ildә Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilәn konfransında Azәrbaycanın tәmsilçisi kimi çıxış etmişdi. İki il sonra isә Ə.Hüseynzadә, Ə.İbrahimov vә Y.Akçura ilә birlikdә ABŞ Prezidenti V.Vilsona tәqdim edilәn vә Rusiya imperiyasında türk xalqlarının dözülmәz vәziyyәtindәn söz açan müraciәti imzalamışdı.

Uzunmüddәtli ayrılıqdan sonra 1918-ci ilin yayında Ə.Ağaoğlu Türkiyәnin Qafqaz ordusunun komandanı Nuru paşanın müşaviri kimi Azәrbaycana gәlir. O zaman Azәrbaycan özünün çәtin günlәrini yaşayırdı. Bakı bolşevik-ermәni qüvvәlәrinin әlindә idi. Qarabağda, Zәngәzurda, Naxçıvanda ermәni terrorçu dәstәlәri ardıcıl cinayәtlәr törәdirdilәr. Mayın 28-dә İstiqlal Bәyannamәsini elan edәn Azәrbaycan hökumәti xalqı fәlakәtdәn qurtarmaq üçün qardaş Türkiyәyә üz tutmuşdu. 1918-ci ildә Ə.Ağaoğlu Azәrbaycan parlamentinә üzv se - çilir. Azәrbaycanda vәziyyәt nisbәtәn sakitlәşdikdәn sonra İstanbuldakı evinin yanması, ailәsinin küçәdә qalması xәbәrini alan Əhmәd bәy Türkiyәyә dönür. Tezliklә Paris Sülh Konfransında iştirak edәcәk Azәrbaycan nümayәndә heyәtinin tәrkibindә o, Fransa paytaxtına yollanmalı idi. Lakin Ə.Ağaoğlu әvvәlcә ağır xәstәlәnir, sonra isә cibindә Azәrbaycan Demokratik Respublikasının diplomatik pasportu vә Bakıdakı ingilis hәrbi qüvvәlәrinin baş komandanı general Tomsonun zәmanәt mәktubu olmasına baxmayaraq, İstanbuldakı ingilis işğalçı qüvvәlәri tәrәfindәn hәbs edilir. Sürgün hәyatı 1921-ci ilin mayında başa çatır. Bu vaxt Nәriman Nәrimanov onu Bakıya, yeni hökumәtdә yüksәk bir vәzifә tutmağa dәvәt etmişdi.

Belәliklә, Ağaoğlu «Azәrbaycan, yoxsa Türkiyә?» dilemması qarşısında qalmışdı. Xeyli götür-qoydan sonra o, Türkiyәni seçmişdi. 1920-1930-cu illәrdә Əhmәd bәy yenә dә ictimai-siyasi fәaliyyәtlә yanaşı, elmi-әdәbi yaradıcılığını da davam etdirir. Bir-birinin ardınca «Türk hüququ tarixi», «Türk mәdәniyyәt tarixi», «Konstitusiya hüququ», «Dövlәt vә fәrd» vә bir sıra digәr kitabları nәşr olunur.

Yeri gәlmişkәn qeyd edәk ki, müәllifin ölümündәn sonra da türk nәşriyyatları tәrәfindәn bir çox әsәrlәri buraxılır. Onların arasında publisistik üslubda böyük ustalıqla qәlәmә alınmış «Mәn kimәm?» kitabı xüsusi dәyәr kәsb edir. Əhmәd bәy Ağayevin dünyagörüşündә ziddiyyәtli mәqamlar da vardı. Hәyatının müxtәlif illәrindә siyasi düşüncәsindә, fәaliyyәtindә vә yaradıcılığında islamçılıq, qәrbçilik vә türkçülük kimi üç xәtt cәmlәnmişdi.

Belә ki, Ə.Ağaoğlu yazılarında Qәrb mәdәniyyәtindәn öyrәnmәk fikrini irәli sürmüş, İslama münasibәtindә demokratik mövqedәn çıxış etmişdir. O, Azәrbaycan türklәrindә türkçülük vә millәtçiliyin oyanması üçün onlarla mәqalә yazmışdır. Odur ki, Sovet hakimiyyәti illәrindә Ə.Ağaoğluya «pantürkist», «panislamist» damğası vurulmuşdu. Əsәrlәrinin oxunub öyrәnilmәsinә qadağa qoyulmuşdu. Xarakterindәki vә dünyaya baxışındakı tәzadları özü dә görür vә bilirdi. Tәsadüfi deyil ki, «Mәn kimәm?» kitabında belә yazırdı: «Başdan-başa bir-birini inkar vә rәdd edәn qarmaqarışıq tәzadlar, gündüzlә gecә, ağla qara arasındakı bәnzәyiş mәnim içimlә çölüm arasındakı bәnzәyişdәn daha çoxdur».

O, bir an belә dayanmadan işlәmәk, çalışmaq üçün yaranmışdı. Özünü fasilәsiz, ardı-arası kәsilmәyәn fәaliyyәtdә tәsdiq edirdi.

70 illik ömrünün 50 ildәn çoxunu sevdiyi vә ürәkdәn bağlandığı çoxşaxәli yaradıcılıq işinә hәsr etmişdi. Buna görә dә «Ağaoğlu» dedikdә hәmin qısa imzanın arxasında tәkcә görkәmli bir publisistin deyil, hәm dә istedadlı yazıçı, hüquqşünas, şәrqşünas, islamşünas, qısaca, böyük bir alimin hәyatının izlәrini görürük.

Bu da bir repressiya idi…

# 105 dəfə oxunub

Oxşar xəbərlər

Allah bizimlə belə danışır: Nəyi görmürük?

Allah bizimlə belə danışır: Nəyi görmürük?

11:34 9 fevral 2026
Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert təşkil edildi

Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert təşkil edildi

11:20 9 fevral 2026
Kilsənin qorxulu yuxusu - Tanrı ilə Kainat arasındakı körpünü yandıran adam

Kilsənin qorxulu yuxusu - Tanrı ilə Kainat arasındakı körpünü yandıran adam

11:00 9 fevral 2026
Xalq düşmənini evində gizlədən, 14 yaşlı oğlu ilə sürgünə göndəriən "arzuolunmaz" qadın

Xalq düşmənini evində gizlədən, 14 yaşlı oğlu ilə sürgünə göndəriən "arzuolunmaz" qadın

10:45 9 fevral 2026
“Qış nağılı” festivalında kamera axşamı keçirildi

“Qış nağılı” festivalında kamera axşamı keçirildi

10:24 9 fevral 2026
«Asiman» qalereyası  "Susuzluq” rəsm silsiləsini təqdim etdi

«Asiman» qalereyası "Susuzluq” rəsm silsiləsini təqdim etdi

16:40 8 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər