«Asiman» qalereyası "Susuzluq” rəsm silsiləsini təqdim etdi

«Asiman» qalereyası  "Susuzluq” rəsm silsiləsini təqdim etdi
8 fevral 2026
# 16:40

Bakıda «Asiman» qalereyasının rəsmi açılışı və azərbaycanlı rəssam İntiqam Ağayevin “Susuzluq” adlı yeni rəsm silsiləsinin təqdimatı baş tutub.

Kulis.az xəbər veiri ki, “Susuzluq” rəssamın müasir dövrün ən aktual problemlərindən birinə - həyatın və yaddaşın mənbəyi olan su ehtiyatlarının tükənməsinə həsr olunmuş yeni işlər silsiləsidir.

Əsərlərdə Xəzər dənizinin və Kür çayının quruması, Abşeronun təbii landşaftının deqradasiyası əks olunub. Bu ekoloji faktlar itki, narahatlıq və dünyanın kövrəkliyi kimi anlayışların vizual metaforaları şəklində təqdim edilib.

"Asiman" təxəllüsü ilə tanınan rəssamın yaradıcılığında Abşeron məkanı keçmişlə bu günün, təbiətlə insan müdaxiləsinin nəticələrinin toqquşduğu bir məkandır. Rəsmlərdə torpaqdakı çatlar və suyun nadir izləri yaddaşı və zaman burulğanlarını simvolizə edir.

“Susuzluq” silsiləsi ekoloji fəlakətin sadə illüstrasiyası deyil, daha çox emosional bir jest və bədii şahidlikdir. Rəssam boyakarlıq dili vasitəsilə tamaşaçıları insan məsuliyyətinin sərhədləri və laqeydliyin bədəli haqqında düşünməyə vadar edir.

Tədbirdə tanınmış mədəniyyət xadimləri, görkəmli rəssamlar, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu, yazıçı Arif Ərşad, Sumqayıtın “Dostlar Klubu”nun üzvü Əli Əmirli, hərbi ekspert Tərlan Eyvazov və digər ictimai xadimlər iştirak ediblər.

Açılış mərasimində giriş nitqi ilə qalereyanın direktoru İqbal Həsənəlizadə və layihənin art-meneceri Sofiya Frank çıxış etdilər. Həmçinin tədbirin qonaqlarına söz verildi və onlar sərgi, eləcə də qalereyanın fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşdülər.
Gecəni xanəndə Qızılgül Babayevanın ifası daha da bəzəyib.

Qeyd edək ki, İntiqam Ağayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunudur, əsasən impressionizm üslubunda çalışır və yağlı boya texnikasında əsərlər yaradır. Onun işləri həm Azərbaycanda, həm də xaricdə sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır.

Asiman qalereyası paytaxtın mərkəzində yerləşən, Azərbaycan Rəssamlar İttifaqına məxsus binanın mansard mərtəbəsində fəaliyyət göstərir və eyni zamanda yaradıcılıq emalatxanası funksiyasını daşıyır. Qalereyada hər ay yenilənmiş ekspozisiya təqdim olunacaq.

Qeyd edək ki, sərgi 28 fevrala qədər davam edəcək, növbəti sərgi isə Novruz bayramı mövzusuna həsr olunacaq.

# 2083 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

11:20 8 oktyabr 2026
"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər